Modern.az

Xan Şuşinski Azərbaycan bayrağını gizlicə musiqi ilə vəsf etmişdi

Xan Şuşinski Azərbaycan bayrağını gizlicə musiqi ilə vəsf etmişdi

9 Noyabr 2011, 09:14

Modern.az saytı Milli Məclisin deputatları ilə Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələrində təhsil alan tələbələr arasında əməkdaşlığın genişləndirilməsinə xidmət edən layihə həyata keçirir. Bu layihə çərçivəsində deputat müxtəlif janrlarda yazı yazan tələbələrin məqalələri Modern.az saytında yerləşdirilir. 
Bu dəfə 105 saylı Tovuz seçki dairəsindən deputat Qənirə Paşayeva tələbələrin intellektual gücünü yoxlayır. Deputat bildirib ki,  “Dövlət rəmizləri və gənclik” mövzusunda tələbələrin yazılarına çox diqqətlə baxacaq: “Mən tələbələri bu məsələdə fəal olmağa çağırıram”.   
Aşağıdakı yazı bu layihə çərçivəsində hazırlanıb.

***

Şuşanın dağları başı dumanlı,
Qırmızı koftalı yaşıl tumanlı.

Xan Şuşinski, “Şuşanın dağları”)

Bu, öz dövrünün ən cəsarətli xanəndələrindən birinin ifasıdandır. Uzun müddət bu mahnıya görə təqiblərə məruz qalan Xan Şuşinski Sovetlərin “milli mənəviyyatı məhvetmə” siyasəti zamanı Azərbaycanın dövlət rəmzini musiqi ilə vəsf etdi: mavi səması dumanlı, qırmızı koftaya bürünən ətəyi yaşıl Azərbaycan. Bu ideoloji mübarizənin bu gün də dinlənilən, unudulmayan nümunəsidir.

Göy qırmızı və yaşıl rənglər ilk müstəqil Azərbaycan dövlətinin rəmzində əks olunur. Hələ 1918-ci ildə qəbul edilən üçrəngli bayraq ölkəmizin türkçülüyünü, müasirliyini və İslam dininə mənsub olduğunu göstərir. Bayraqda təsvir olunan aypara və ulduza gəldikdə isə bu barədə çoxlu fərziyyələr var.

Aypara ilk dəfə Bizans imperiyasında yaranan qədim türk rəmzidir. Konstontinopolun fəthindən başlayaraq türklər uzun müddət işğal etdikləri ərazilərdə öz simvolu kimi ayparadan istifadə edirdilər. Tarix elmləri namizədi  Cəbi Bəhramov deyir ki, sonradan bu simvol İslamın rəmzi kimi də istifadə olunmağa başladı. Çünki, türklər müsəlman dünyasında ən böyük imperiyanın yaradıcıları idi. Nəticə odur ki, bayraqdakı aypara bir türk dövlətindən xəbər verir.

Səkkizguşəli ulduz isə əski Azərbaycan əlifbasında Azərbaycan sözündəki hərflərin sayıdır. Tarixi mənbələrin əksəriyyəti səkkizgüşəli ulduza bu cür açıqlama versə də, bəzən bu simvolun 8 sərkərdə ilə bağlı olduğunu da deyirlər. Amma mübahisəli variant tək bu deyil.

Bir sözlə tarix bizdən çox şeyi gizlədir. Əsas odur ki, biz tariximizi bilək və gizlətməyək. Azərbaycanın qədim tarixi var və bu özünü dövlət rəmzlərində, onların etimalogiyasında açıq-aydın göstərir. 

Seyidova Səbinə
Qərb Universiteti, IV kurs

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi