Arxiv
24 mart 2019, 19:03 | PARLAMENT
Deputatlar QHT sədri ola, qrant ala bilməz? - Hüquqşünas AYDINLIQ GƏTİRDİ  

Son günlər Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasından təsisçilərindən biri Milli Məclisin üzvü olan QHT-lərin qrant almasının maraqlar toqquşması olması barədə səslənən fikirlər ətrafında müzakirələr açılıb.

Maraqlar toqquşması dedikdə – vəzifəli şəxsin özü və ya ailə üzvləri ilə bağlı olan və ya vəzifəli şəxsin şəxsi marağının olduğu və bu marağın onun xidməti vəzifələrinin obyektiv və qərəzsiz icrаsınа təsir göstərdiyi və ya təsir göstərə biləcəyi vəziyyət nəzərdə tutulur.

QHT-lərə Dövlət Dəstəyi Şurasın üzvü, “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev müzakirələrdə səsləndirilən tənqidi fikirlərlə bağlı açıqlama verib.


Modern.az-ın məlumatına görə, Ə.Nuriyev bildirib ki, qanunvericilik millət vəkillərinin QHT-lərin təsisçi olmasına qadağan qoymur.


“Belə olan halda, QHT-lərin təsisçilərindən birinin ( yaxud təsisçilərin) millət vəkili olması onun QHT-lərə Dövlət Dəstəyi Şurasının elan etdiyi Qrant müsabiqələrində iştirak etməsi üçün əngəl ola bilməz. QHT-lərə Dövlət Dəstəyi Şurası açıq elan verir və müsabiqə şərtlərinə uyğun gələn hər bir təşkilat bu müsabiqəyə layihə təklifi təqdim edə bilər”.


Hüquqşünas deyib ki, təsisçilərindən biri (yaxud təsisçiləri) millət vəkili olan QHT-lərin təqdim etdiyi layihə təklifləri müsabiqədə iştirak edərək, texniki seleksiyadan və ekspert qiymətləndirməsindən keçirlər. Ekspertlər qiymətləndirən zaman yalnız layihə təklifini qiymətləndirirlər:

“Layihə təklifinin hansı təşkilata aid olması onlar üçün məlum olmur. Bununla bağlı müsabiqə qaydlarında sərt tələblər nəzərdə tutulub. Yəni konkret olaraq layihə təklifi qiymətləndirilir. Yəni hər hansı imtiyaz və güzəştdən söhbət getmir.

Bu QHT-lərin təsisçiləri bu layihələrdə haqqı ödənilən vəzifə tutmurlar, həmçinin xidmət göstərmilər

Nəzəri baxımdan millət vəkillərinin səsverməsində iştirak etdiyi bütün məsələlərdə maraqlar toqquşması halı aşkarlamaq olar.

QHT-lərə Dövlət Dəstəyi Şurasına hər il dövlət büdcəsindən konkret məbləğdə maliyyə vəsaiti ayrılır və millət vəkilləri büdcə zərfinə bütövlükdə səs verirlər”.


Ə.Nuriyevin sözlərinə görə, QHT-lərə Dövlət Dəstəyi Şurasının elan etdiyi Qrant müsabiqələrində qalib olan və təsisçilərindən biri (yaxud təsisçiləri) millət vəkili olan QHT-lərin layihələri ilə bağlı şəffaflıq təmin olunub:


“Onların təsisçiləri anonim deyil və bu məlumatlar ictimaiyyət üçün açıqdır.

Bu layihələr əksər hallarda sosial xarakterlidir, yaxud milli-mədəni irsin təbliği ilə bağlı layihələrdir və heç bir halda millət vəkillərinin vəzifələrinin obyektiv və qərəzsiz icrаsınа təsir göstərdiyi və ya təsir göstərə biləcəyi vəziyyət yarada bilməz.

Şura Əsasnaməsinə uyğun olaraq Şura üzvlərinin təsisçi, yaxud rəhbər olduğu QHT-lərin layihə təklifləri qiymətləndirilən zaman onlar səsvermədə iştirak etmirlər.

QHT Şurası milli donor olaraq qrant müsabiqələrinin təşkili və keçirilməsi üçün şəffaflığı, obyektivliyi, hesabatlılığı təmin etməkdən ötürü bütün prosedur qaydalara malikdir. Şəffaf, aydın, işlək Appelyasiya mexanizmi yaradılıb. “Qaynar xətt” yaradılıb. Qrant alan və almayan təşkilatların adları, aldığı ballar dərc olunur, saytlarda yerləşdirilir. Çox effektiv seleksiya və ekspert qiymətləndirilməsi sisteminə malikdir. Hər bir şəxs üçün bu məlumatlar əlçatandır.

Sonda qeyd edim ki, bu cür iddialar və iftiralar sırf şəxsi qərəzdən qaynaqlanır və məsələlərin mahiyyəti hay-küy yaratmaq üçün təhrif edilir. Çox zaman nümunə kimi qeyd edilən beynəlxalq donorlar Qarabağ həqiqətlərinin dünyaya çatdırılması üçün bir layihə belə dəstəkləməyiblər. Amma özlərini obyektivlik mücəssiməsi sayanlar heç bu barədə bir dəfə də olsun səslərini çıxarmayıblar. Bəziləri isə beynəlxalq donorların qrant vəsaitlərindən əmlak zənginliklərini artırmaq üçün yararlanıblar”.

 
A.Qorxmaz

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
95 yaşlı Şirməmməd Hüseynovdan 90 yaşlı Çingiz Hüseynova maraqlı TƏBRİK 20 Aprel 2019, 20:51 Qəbələdə ağır qəza: 1 ölü, 3 yaralı 20 Aprel 2019, 20:44 Parisdə 126 etirazçı saxlanıldı 20 Aprel 2019, 20:31 Biləcərinin bu küçəsində hərəkət məhdudlaşdırılır 20 Aprel 2019, 20:17 Türkiyə ordusu 20 terrorçunu zərərsizləşdirdi 20 Aprel 2019, 20:02 Ərzurum Atatürk Universitetinin professorları ADAU-da 20 Aprel 2019, 17:58 Belarus Rusiya neftinin keyfiyyətindən narazıdır 20 Aprel 2019, 17:52 Alman eksperti: Sarkisyan hakimiyyəti aprel müharibəsinə görə itirdi 20 Aprel 2019, 17:37 Binəqədidə qadın meyiti tapılıb 20 Aprel 2019, 17:20 Gəncə sakini dəm qazından zəhərləndi 20 Aprel 2019, 17:01 Seçenov Universitetinin Bakı filialında “Açıq qapı” günü keçirilib 20 Aprel 2019, 16:53 Yasin Sabancı Universitetinin tam bursunu qazanmayıb, sadəcə...   20 Aprel 2019, 16:38 “Bakıda Soyqırımı muzeyi yaradılsın!” - Deputat ÇAĞIRIŞ ETDİ 20 Aprel 2019, 16:31 Kadırovdan Zelenskinin üzr istəməsinə reaksiya 20 Aprel 2019, 16:21 Azərbaycan kinosunun “qaynanası” 103 yaşında - FOTOLAR 20 Aprel 2019, 16:04 Şabranda 2576 it, 24019 iribuynuzlu heyvan… 20 Aprel 2019, 15:49 Keçmiş prezidentin intihar məktubu yayıldı 20 Aprel 2019, 15:43 Zakir Həsənov Türkiyə tərəfinə başsağlığı verib 20 Aprel 2019, 15:24 Ərdoğan Binəli Yıldırıma yeni vəzifə verəcək – AÇIQLAMA 20 Aprel 2019, 15:01 “Ayaks”ın büdcəsinə milyonlar axır 20 Aprel 2019, 14:50 Gənc futbolçumuz "Seltik"in transfer hədəfində 20 Aprel 2019, 14:49 Qaramalın piroplazmoz xəstəliyindən necə qorunmalı? 20 Aprel 2019, 14:47 Sabaha olan HAVA PROQNOZU 20 Aprel 2019, 14:45 Ölkə ərazidində müşahidə olunan faktiki hava şəraiti açıqlanıb 20 Aprel 2019, 14:31 ABŞ səfiri XİN rəhbərlərinin mümkün görüşününü alqışlayır 20 Aprel 2019, 14:22 Ruh da cövlan edərmiş 20 Aprel 2019, 14:19 Gözlər yoldan yığılarmı... - XV YAZI 20 Aprel 2019, 14:15 “Zəif Ukrayna rəhbərliyi Azərbaycan üçün əlverişli deyil” – Deputatların seçki GÖZLƏNTİSİ 20 Aprel 2019, 13:59 Baş Nazir “Orfoqrafiya qaydalarına dəyişiklikləri təsdiqlədi - Bu sözlərin yazılışı dəyişdi - SİYAHI 20 Aprel 2019, 13:40 Azercell İT mütəxəsissləri üçün təlimlərə başladı 20 Aprel 2019, 13:31