Modern.az

Keçmiş məhkumlar Əli İnsanovun başına toplaşdılar - FOTO  

Keçmiş məhkumlar Əli İnsanovun başına toplaşdılar - FOTO  

24 Mart 2019, 19:19

Ölkə başçısının 16 mart tarixli əfv sərəncamı ilə azadlığa buraxılmış keçmiş səhiyyə naziri Əli İnsanov martın 24-də keçmiş məhkum yoldaşları ilə bir araya gəlib.

Modern.az-ın məlumatına görə, bu barədə vaxtilə Əli İnsanovla eyni cəzaçəkmə müəssisəsində saxlanılmış jurnalist Pərviz Həşimli  məlumat yayıb.

Onun sözlərinə görə, sabiq nazirin görüşünə gələnlər 13 saylı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılmış keçmiş məhkumlar olub. Bunlar Pərviz Həşimli, Tofiq Yaqublu, Fərəc Kərimli, İlkin Rüstəmzadə, Əbdul Əbilovdur. Həmin görüşdən foto da yayılıb.


A.Qorxmaz

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır