Modern.az

Bakıda dənizdə batan şəxs xilas edildi

Bakıda dənizdə batan şəxs xilas edildi

Aktual

24 Mart 2019, 20:19

Bakıda dənizdə batan şəxs xilas edilib. Modern.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər  verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Səbail rayonunda 1 nəfərin dənizə düşməsi barədə məlumat daxil olub.

 

Dərhal hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşı sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

 

Əməliyyat başa çatıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür