Goranboy rayonunda uşaq bədbəxt hadisə nəticəsində xəsarət alıb. Modern.az "Report"a istinadən xəbər verir ki, 2 yaşlı yerli sakin Zəhra Bəşirzadə yaşadığı evdə ehtiyatsızlıqdan içərisində qaynar su olan qabı üzərinə aşırıb.
Nəticədə yanıq xəsarətləri alan uşaq yaxınları tərəfindən xəstəxanaya aparılıb. Həkimlər tərəfindən ona I və II dərəcəli yanıq xəsarətləri diaqnozu qoyulub və lazımi tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.