Modern.az

Fəhlə Oğuzda işlədiyi tikintidə öldü

Fəhlə Oğuzda işlədiyi tikintidə öldü

24 Mart 2019, 23:23

Oğuz rayonunda bədbəxt hadisə qeydə alınıb.

Modern.az ONA-ya istinadən xəbər verir ki, hadisə bu gün Oğuz rayonu Qarabulaq kənd inzibati ərazisində aparılan tikinti sahəsində baş verib.

 

Ərizidə fəhlə işləyən, 1969-cu il təvəllüdlü Şirvan şəhər sakini Elçin Aydın oğlu Əliyevin səhəti qəfildən pisləşərək ölüb.

 

Elçin Əliyevin ölümünün dəqiq səbəbini aydınlaşdırmaq üçün meyit Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Oğuz rayon şöbəsinə təhvil verilib.

 

Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir