Modern.az

“Qırmızı Körpü”də külli miqdarda siqaret və kürü tutuldu

“Qırmızı Körpü”də külli miqdarda siqaret və kürü tutuldu

24 Mart 2019, 23:40

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında "Qırmızı Körpü” gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşına məxsus "VAZ -21013" markalı avtomobil saxlanılıb və sürücü şifahi sorğu-sual edilib.

 

Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən Modern.az-a verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama zamanı avtomobilin salonunda – döşəmənin altında gizlədilən 1000 ədəd "Marlboro” markalı siqaret, 10 ədəd Əpl markalı qulaqcıq və 100 qramlıq 8 ədəd şüşə qablarda balıq kürüsü aşkarlanıb.

 

İdarənin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan digər bir məlumata əsasən isə "Qırmızı Körpü” gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi "VAZ -21063" markalı avtomobil saxlanılıb və nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Baxış zamanı avtomobilin salonunda – döşəmənin altında gizlədilən 3000 ədəd "Marlboro” markalı siqaret və 10 ədəd Əpl markalı qulaqcıq aşkar edilib.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir