Arxiv
25 mart 2019, 10:48 | MEDİA
Azərbaycan jurnalistikasının İlhamiyyəsi

Sevənləri çoxdur, onlardan biriyəm. Onu insanlara sevdirən dərin zəkası, düzgün mülahizəsi, hadisələrə dolğun şərh verməsi və ən başlıcası yüz illərlə Azərbaycan xanımına xas olan dəyərləri özündə ehtiva etməsidir…

Amerikada "Xəzər səhər"i gecə saatlarında izləyə bilirik. Daha doğrusu sevə-sevə izləyirik. Səviyyəli veriliş aparmaq hər jurnalistə nəsib olmur. Bəli, bunun üçün jurnalistdən xüsusi məharət tələb olunur…

Haqqında söhbət açdığım İlhamiyyə Rzayeva 1984-cü ildə orta təhsilini başa vurub. Həmin il Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olub. Tələbə ikən "Molodyoj Azerbaydjana" qəzeti ilə ştatdankənar müxbir kimi əməkdaşlıq edib. 1989-cu ildə universiteti bitirdikdən sonra AzTV-də işə başlayıb, "Xəbərlər" redaksiyasında müxbir işləyib. Sonralar ABA TV, Lider TV, Space TV və ANS TV-də çalışıb. Hal-hazırda ömür-gün yoldaşı, yazıçı Həmid Herisçi ilə "Xəzər səhər" verilişinin aparıcısıdır.

"Gündəlik Azərbaycan", "525-ci qəzet", "Azadlıq", "Bizim yol", "Zerkalo" qəzetlərində məqalələri dərc olunub. "Həsən bəy Zərdabi adına jurnalistika milli mükafatı"na layiq görülüb. Bir çox nüfuzlu jurnalistika müsabiqələrinin münsiflər heyətinin üzvüdür. Bütün bunlarla yanaşı, bir sıra Azərbaycan filmlərinə redaktorluq edib.

"Gecə kanalı" adlı kitabı işıq üzü görüb. Gözünün ağı-qarası bir oğlu var...

Azərbaycan xanımına xas olan dəyərləri özündə ehtiva etməsini təsadüfən demədim. Həmid Herisçi ilə apardığı verilişdə bircə dəfə də olsun həyat yoldaşının sözünü kəsməyib və ömür-gün yoldaşı onun sözünü kəsəndə belə, heç bir irad bildirmir. Bilirsinizmi, Amerikadan baxanda sadə bir azərbaycanlıya bu necə gözəl görünür? Burada kişinin hünəri hardandır ki, qadının sözünü kəssin. Adamın yadına köhnə zamanların əsl azərbaycanlı ailəsinə xas olan milli dəyərlər düşür. Bilirəm, məni qınayanlar da tapılacaq, amma bu dəyər doğmadır, əzizdir. Necə deyərlər, baba və nənələrimizdən miras qalıb. Bax elə milli ənənələrimizi yüksək tutduğu üçün ona ehtiramımı bildirmək istədim…

Martın 26-sı İlhamiyyə xanımın doğum günüdür. Onu azadlığın beşiyi, qadınların məhdudiyyət tanımadığı Amerikadan təbrik edir, ona möhkəm can sağlığı arzulayırıq…

Elman Eldaroğlu,
ABŞ, Miçiqan

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Biləcərinin bu küçəsində hərəkət məhdudlaşdırılır 20 Aprel 2019, 20:17 Türkiyə ordusu 20 terrorçunu zərərsizləşdirdi 20 Aprel 2019, 20:02 Ərzurum Atatürk Universitetinin professorları ADAU-da 20 Aprel 2019, 17:58 Belarus Rusiya neftinin keyfiyyətindən narazıdır 20 Aprel 2019, 17:52 Alman eksperti: Sarkisyan hakimiyyəti aprel müharibəsinə görə itirdi 20 Aprel 2019, 17:37 Binəqədidə qadın meyiti tapılıb 20 Aprel 2019, 17:20 Gəncə sakini dəm qazından zəhərləndi 20 Aprel 2019, 17:01 Seçenov Universitetinin Bakı filialında “Açıq qapı” günü keçirilib 20 Aprel 2019, 16:53 Yasin Sabancı Universitetinin tam bursunu qazanmayıb, sadəcə...   20 Aprel 2019, 16:38 “Bakıda Soyqırımı muzeyi yaradılsın!” - Deputat ÇAĞIRIŞ ETDİ 20 Aprel 2019, 16:31 Kadırovdan Zelenskinin üzr istəməsinə reaksiya 20 Aprel 2019, 16:21 Azərbaycan kinosunun “qaynanası” 103 yaşında - FOTOLAR 20 Aprel 2019, 16:04 Şabranda 2576 it, 24019 iribuynuzlu heyvan… 20 Aprel 2019, 15:49 Keçmiş prezidentin intihar məktubu yayıldı 20 Aprel 2019, 15:43 Zakir Həsənov Türkiyə tərəfinə başsağlığı verib 20 Aprel 2019, 15:24 Ərdoğan Binəli Yıldırıma yeni vəzifə verəcək – AÇIQLAMA 20 Aprel 2019, 15:01 “Ayaks”ın büdcəsinə milyonlar axır 20 Aprel 2019, 14:50 Gənc futbolçumuz "Seltik"in transfer hədəfində 20 Aprel 2019, 14:49 Qaramalın piroplazmoz xəstəliyindən necə qorunmalı? 20 Aprel 2019, 14:47 Sabaha olan HAVA PROQNOZU 20 Aprel 2019, 14:45 Ölkə ərazidində müşahidə olunan faktiki hava şəraiti açıqlanıb 20 Aprel 2019, 14:31 ABŞ səfiri XİN rəhbərlərinin mümkün görüşününü alqışlayır 20 Aprel 2019, 14:22 Ruh da cövlan edərmiş 20 Aprel 2019, 14:19 Gözlər yoldan yığılarmı... - XV YAZI 20 Aprel 2019, 14:15 “Zəif Ukrayna rəhbərliyi Azərbaycan üçün əlverişli deyil” – Deputatların seçki GÖZLƏNTİSİ 20 Aprel 2019, 13:59 Baş Nazir “Orfoqrafiya qaydalarına dəyişiklikləri təsdiqlədi - Bu sözlərin yazılışı dəyişdi - SİYAHI 20 Aprel 2019, 13:40 Azercell İT mütəxəsissləri üçün təlimlərə başladı 20 Aprel 2019, 13:31 Gənc Prezidentlər Təşkilatının nümayəndələri Azərbaycanda - FOTOLAR 20 Aprel 2019, 13:22 Heydər Əliyevin tanımadan təşəkkür etdiyi tikinti rəhbəri 20 Aprel 2019, 13:22 Qaret Beyl mövsüm sonu Madriddən gedəcək 20 Aprel 2019, 13:13