Modern.az

Bu gün “Avro 2020”nin seçmə mərhələsində daha 7 oyun - TƏQVİM

Bu gün “Avro 2020”nin seçmə mərhələsində daha 7 oyun - TƏQVİM

25 Mart 2019, 11:24

Martın 25-də “Avro 2020”nin seçmə mərhələsi çərçivəsində daha 7 qarşılaşma oynanılacaq.

Modern.az xəbər verir ki, bu dəfə A, B və H qruplarında II turun görüşləri keçiriləcək.

Bakı vaxtı ilə saat 21:00-da H qrupunda başlayacaq Türkiyə - Moldova oyunu azərbaycanlı azarkeşlərin də diqqətində olacaq.

Bu qrupun digər oyunlarında Andorra ilə Albaniya və Fransa ilə İslandiya yığmaları qarşılaşacaq. Bu qrupda Fransa, İslandiya və Türkiyənin üç xalı var.

A qrupunun lideri İngiltərə səfərdə Monteneqro seçməsinin qonağı olacaq. Digər oyunda isə Kosovo və Bolqarıstan milliləri üz-üzə gələcək. A qrupunda İngiltərə yığmasının 3, Monteneqro və Bolqarıstan seçmələrinin 1 xalı var. Kosovo yığması birinci turda oyun keçirməyib. Çexiya millisi isə ilk turda məğlub olub.

Avropa çempionatının seçmə mərhələsinin B qrupunda Lüksemburq – Ukrayna, Portuqaliya – Serbiya görüşləri oynanılacaq. Birinci turdan sonra qrupa 3 xalla Lüksemburq yığması başçılıq edir. Portuqaliya və Ukrayna millilərinin 1 xalı var. Serbiya birinci turda oyun keçirmədiyi, Litva isə məğlub olduğu üçün xal qazanmayıb.

Türkiyə-Moldova oyunundan başqa digər görüşlər Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...