Modern.az

Milli komandamız bu gün Litvanı qəbul edir  

Milli komandamız bu gün Litvanı qəbul edir   

25 Mart 2019, 11:26

Milli komandamız bu gün yeni baş məşqçi Nikola Yurçeviçin rəhbərliyi altında ikinci oyununa çıxacaq.

Modern.az-ın məlumatına görə, yığmamız yoldaşlıq oyununda Bakıda Litva seçməsi ilə qarşılaşacaq. "Bakcell Arena"da keçiriləcək görüş saat 18:00-da başlayacaq.


Litva ilə oyun komandamızın bu yığmaya qarşı 3-cü matçı olacaq. Azərbaycan millisi bundan əvvəlki 2 qarşılaşmanın birində qalib (2:1), digərində isə məğlub (0:1) olub.

Qeyd edək ki, millimiz 4 gün öncə AÇ-2020-nin seçmə mərhələsində səfərdə Xorvatiyaya 1:2 hesabı ilə uduzub. 


Yoldaşlıq oyunu

25 mart (bazar ertəsi)

18:00. Azərbaycan - Litva
Hakimlər:
 Fesnik Horatiu, Avram Valentin, Çerei Alexandru (Rumıniya), Orxan Məmmədov
Bakı. "Bakcell Arena"

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi