Ermənistanın baş naziri Nikol Paşinyan Müdafiə Nazirliyində qapalı iclas keçirəcək.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə baş nazirin mətbuat katibi Vladimir Karapetyan məlumat verib.
Bununla belə o, axşam baş tutacaq iclasın detallarını bölüşməyib. Ehtimal olunur ki, iclasa müdafiə naziri David Tonoyanla yanaşı, yüksək rütbəli generallar da qatılacaq.