Modern.az

“Türkləşmək, islamlaşmaq, avropalaşmaq” şüara necə çevirildi...

“Türkləşmək, islamlaşmaq, avropalaşmaq” şüara necə çevirildi...

18 Dekabr 2011, 21:46

Modern.az saytı Milli Məclisin deputatları ilə Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələrində təhsil alan tələbələr arasında əməkdaşlığın genişləndirilməsinə xidmət edən layihə həyata keçirir. Bu layihə çərçivəsində deputat müxtəlif janrlarda yazı yazan tələbələrin məqalələri Modern.az saytında yerləşdirilir. 
Bu dəfə 105 saylı Tovuz seçki dairəsindən deputat Qənirə Paşayeva tələbələrin intellektual gücünü yoxlayır. Deputat bildirib ki,  “Dövlət rəmizləri və gənclik” mövzusunda tələbələrin yazılarına çox diqqətlə baxacaq: “Mən tələbələri bu məsələdə fəal olmağa çağırıram”.   
Aşağıdakı yazı bu layihə çərçivəsində hazırlanıb.

***
                                                                      
Dalğalanır göylərə                                                             
Adı məşhur dillərdə                                                          
Tanınıbdır əllərdə                                                                       
Mənim üçrəngli bayrağım”

Artıq yüz ilə yaxın olar ki, Üçrəngli dövlət bayrağımız insanlarımız üçün müqəddəs ideal rəmzinə çevrilmişdir. Azərbaycanımın bayrağı ən istəkli bir varlıq kimi sevilmiş, əzizlənmiş, adına və hüsnünə şerlər yazılmış, mahnılar bəstələnmişdir. Sovetlər Birliyinin rejimi Üçrəngli bayrağımızın başımız üzərindən asılmasını və hətta təsvirini belə qadağan etsə də onu ürəklərində yaşadan insanlar istiqlal şairimiz Əhməd Cavadın bu sözlərini təkrarlayırdılar:

Çoxdandır ayrı  düşdüm
Üç boyalı bayraqdan.
A dostlar, mən yoruldum,
Bu gizli ağlamaqdan.

93 ildir ki, xalqımın başı üzərində Üçrəngli bayrağ dalğalanır. Onun yaranma tarixini, mənasını, ağ ayparanın və səkkiz guşənin nə olduğunu bilmək isə hər bir kəsin borcudur. Bu sahədə bir çox fikirlər və araşdırmalar mövcud olsada, mən bir gənc tələbə və jurnalist kimi, yenidən araşdırma aparmağı özümə borc bildim.

M. Ə. Rəsulzadənin əsaslandırdığı Xalq Cümhuriyyəti 1918-ci ildə Mayın 28-də yarandıqdan sonra onun əsas rəmzi olan bayraq haqqında da həmin ilin iyun ayının 21-də hökumətin qərarı verildi. Həmin qərardan: “Üstündə qırmızı fonda ağ səkkizguşəli ulduz və aypara təsviri olan qumaş Azərbaycanın bayrağı kimi təsdiq edilsin”.

Həmin dövrdə bayrağımız Osmanlı Türkiyəsinin  bayrağı ilə eynilik təşkil edirdi. Fərq yalnız onda idi ki, Osmanlı Türkiyəsinin bayrağındakı hilal ayın qarşısındakı ulduz beş guşədən, Azərbaycan Cümhuriyyətinin bayrağında isə səkkiz guşədən ibarət idi.

İlk bayrağımız haqqında verilən qərar isə bəzi səbəblərlə izah edilirdi. Yəni İlk olaraq, biz türk xalqı olaraq böyük bir mədəniyyət sisteminə əsaslandığımızı sübut edirdik. Və Azərbaycanın xilasını da qardaş Türkiyənin köməyində görürdük.

1918-ci ilin noyabrın 9-da isə Üçrəngli dövlət bayrağımız haqqında qərar qəbul edildi: “Yaşıl, qırmızı və mavi rənglərdən, ağ aypara və səkkizbucaq ulduzdan ibarət olan bayraq Milli bayraq hesab edilsin”.

Milli bayrağımızdakı göy rəng - türkçülüyü, qırmızı – müasirliyi, yaşıl – islam ideologiyasını ifadə edir.

Bəs bu dəyərləri özündə birləşdirən “türkləşmək, islamlaşmaq, avropalaşmaq” üçlük düsturunu böyük bir şüara çevirən ilk dəfə kim olub?

Qeyd edək ki, bütün türk milləti üçün böyük bir ideala və məqsədə çevrilən bu üçlük şüarının banisi türk dünyasının böyük mütəfəkkiri, Azərbaycanda doğulub Rusiya və Türkiyə universitetlərində təhsil almış Əli bəy Hüseynzadə olub. 1907-ci ildə iyul ayının 10-da Bakıda özünün nəşr etdiyi “Füyuzat” jurnalındakı bir məqaləsində “Türk hissiyyatlı, islam etiqadlı, firəng qafalı” kimi ilk dəfə təqdim etdiyi bu fikri sonradan böyük mütəfəkkir Ziya Göyalp belə ifadə etmişdi: “Türk qanlı, islam imanlı, avropa mədəniyyətli”.

Bəs Ə.Hüseynzadə tərəfindən əsası qoyulan, Z.Göyalp tərəfindən inkişaf etdirilən “türkləşmək, islamlaşmaq, avropalaşmaq” şüarı Azərbaycanın dövlət bayrağından bir qədər fərqli olaraq öz əksini tapıb. Bildiyimiz kimi dövlət bayrağımızda rənglər belə verilib: “göy rəng – türkləşmək, qırmızı – müasirləşmək, yaşıl – islamlaşmaq. Göründüyü kimi, islamçılıq ikinci yerdən üçüncü yerə, müasirlik isə üçüncü yerdən ikinci yerə keçirilib. Bu dəyişikliyin isə müəyyən səbəbləri var idi.

1915-ci ilin oktyabrın 2-də Bakıda nəşrə başlayan “Açıq Söz” qəzetinin ilk sayında Baş redaktor M. Ə. Rəsulzadənin “Tutacağımız yol” adlı baş məqaləsi çap edilmişdi. Həmin məqalədə M. Ə. Rəsulzadə vaxtilə Ə. Hüseynzadənin əsasını qoyduğu məşhur üçlük düsturu belə təqdim edirdi: “Hər bir millət azadə yaşayıb da tərəqqi edə bilmək üçün 3 əsasa istinad etmək məcburiyyətindədir: Dil, Din və Zaman... Dilcə - biz türküz, türklük milliyyətimizdir... Dincə - müsəlmanız. Hər bir din inananları arasında məxsusi bir mədəniyyət vücuda gətirmişdir ki, bu mədəniyyət də bir beynəlmiləliyyət səbəbi təşkil edir... Zamanca da – biz texnikanın, elm və fənnin möcüzələr yaradan bir dövründəyiz... Demək ki, sağlam, mətin və oyanıq məfkurəli bir milliyyət vücuduna çalışmaq istərsək ki, zaman bunu tələb ediyor – mütləqa 3 əsasa sarılmalıyız: Türkləşmək, müasirləşmək və islamlaşmaq” (“Açıq Söz”, N 1, 2 oktyabr 1915-ci il).

Qeyd edildiyi kimi, M. Ə. Rəsulzadə hələ 1915-ci ildə sonradan dövlət bayrağımızda öz əksini tapacaq fikirləri sıralamış və hələ o zaman Ə. Hüseynzadənin üçlük düsturunda dəyişiklik edərək, ciddi əsaslandıraraq, müasirliyi önə çəkmişdi.

M. Ə. Rəsulzadənin müasirləşməyə verdiyi bu önəm sonradan müasir tipli bir Azərbaycan cəmiyyətinin qurulmasına da öz təsirini göstərdi. İngilislərin ümumi nəzarətinə verilmiş Bakıya gələn general Tomson hələ Ənzəlidə olarkən “Mən Türkiyə intriqası ilə yaradılan bir dövlət tanımıram” deyərək, Azərbaycan istiqlalını şübhə altına almışdı. Belə bir vəziyyətdə ingilisləri və general Tomsonu Türkiyənin bayrağının oxşarı olan bir bayraqla qarşılamğa  artıq səbəb qalmamışdı. Odur ki, 1918-ci ilin noyabrın 9-da qırmızı rəngli bayrağın yerinə Üçrəngli bayrağın yaradılması haqqında M. Ə. Rəsulzadənin və onun başçılıq etdiyi Azərbaycan Milli Şurasının təklifi ilə qərar qəbul edildi. Bayraqdakı rənglərin təsviri və düzülüşü isə M. Ə. Rəsulzadənin “Açıq Söz” qəzetindəki məqaləsindən götürüldü.  Yəni, göy – türkləşmək, qırmızı – müasirləşmək, yaşıl – islamlaşmaq.

Həmin Üçrəngli dövlət bayrağımız ilk dəfə olaraq 1918-ci ilin noyabrın 17-də Bakıda Dəniz Vağzalında ingilis generalı Tomsonun qarşılanma mərasimində göyə qaldırıldı. Himnin əvəzinə isə o zaman dövlət himnimiz olmadığından böyük bəstəkar Ü. Hacıbəylinin təklifi ilə onun “Leyli və Məcnun” əsərində Nofəl səhnəyə gələrgən səsləndirilən coşdurucu musiqinin (“Heyratı” üstündə) çalınması qəbul edilir. Çünki Ü. Hacıbəyli indi səsləndirilən dövlət himnimizi sonradan bəstələyib.

 Bakıya gələn ingilislər Üçrəngli bayrağımızın rəsmi olaraq dalğalandırılmasına o qədər razılıq vermirdilər. Və onlarda bu fikri dərinləşdirən isə Bakıda yaşayan ermənilər və ruslar idilər. Müsavat partiyasının qurucularından olan M. Ə. Rəsuloğlu öz xatirələrində yazırdı ki, ingilislər yalnız həftənin 1-ci və 4-cü günləri – yəni iclas keçiriləndə icazə verirdilər ki, Parlament binası üzərində milli bayrağımız dalğalansın, iclas bitən kimi bayrağımızın endirilməsini tələb edirdilər.

1918-ci ilin 7 dekabrında Parlamentin açılışı mərasimində M. Ə. Rəsulzadə bu sözləri söylədi: “Səadət və hürriyyət istiqlaldır. İştə bubub üçün, əfəndilər, müstəqil Azərbaycanı təmsil edən O Üç boyalı bayrağı Şurayi-Milli qaldırmış, türk hürriyyəti, islam mədəniyyəti və müasir Avropa iqtidarı - əhraranəsini (azad adamlar iqtidarını) təmsil edən bu Üç boyalı bayraq daima başlarımızın üstündə ehtizaz edəcəkdir (dalğalanacaqdır). Bir daha qaldırılmış bayraq, bir daha enməyəcəkdir!”

Qeyd edim ki, dövlət bayrağımızdakı  səkkiz guşə ilə bağlı da müxtəlif izahlar vardır. Bir izahda  bildirilir: Ay (qəməri) təqvimi islam ölkələrində geniş istifadə olunurdu. Ay təqvimində tarixdə “Türk dövrü” kimi qalmış bir təqvim yaradılmışdır. Ay fazalarının təkrarlanması müddətinə uyğunluq üçün təqvimdə hər səkkiz ildə üç dəfə (2, 5 və 7-ci illərdə) ilin axırıncı ayı olan Zilhəccəsinə 30-cu gün əlavə edilirdi.

Beləliklə, “Türk dövrü kimi tanınan bu təqvim dəqiqliyinə görə fərqlənirdi. Sonralar “Türk dövrü təqvimini yenidən təkmilləşdirərək hər 126 ildən bir səkkizlik dövrün axırıncı dövründəki 7-ci il zamanı Zilhiccəni 29 sutka saxlamaqla dəqiqliyi 1290-cı ildə bir sutkaya qaldırmış və təqvimdən XVI əsrdən Türkiyədə istifadə etmişlər.

Çox güman ki, əsası Osman Qazi tərəfindən qoyulmuş türk imperatorluğunun bayrağındakı Ay hilalı yanındakı səkkizbuczqlı dövlətin vaxt ölçüsü cədvəlinə rəmzi işarədir (Bax: Ə. Ətayi. “Təqvimlər keçmişdə və bu gün”. “Elm”, 1998, N 1).

Bəzi izahlarda isə səkkiz guşəli ulduz “Od Yurdu”nun səkkiz hərflə yazılışına işarədir. Böyük yazıçı C. Cabbarlı yazırdı: “Səkkiz künclü şu ulduz səkkiz hərfli Od yurdu”.

Bayrağımızdakı göy rəng türkləşmək ideyası ilə bağlıdır. Türklərin göy rəngə üstünlük verməsi ilə bağlı müxtəlif izahlar da mövcuddur. Orta əsrlərdə islam dinində olan türkdilli xalqların yaşadığı ərazilərdə saysız-hesabsız qədim abidələr də tikilmişdir. Bu abidələrin əksəriyyəti göy rəngdə olmuşdur. Bu baxımdan göy rəng həm də simvolik məna daşımışdır. Göy rəng həm də XIII əsrdə Elxanilər dövrünün əzəmətini, onların zəfər yürüşlərini əks etdirir.

Bayrağımızdakı yaşıl rəng islam dininə mənsubluğumuzu ifadə edir. Böyük mütəfəkkir Əli bəy Hüseynzadə “Qırmızı qaranlıqlar içində yaşıl işıqlar” əsərində yaşıl rəngin geniş izahını vermişdir.

Milli bayrağımızdakı qırmızı rəng müasirləşməni, inkişafı əsas götürür. Milli bayrağımızda  qırmızı rəngin üzərində ortada aypara və səkkizguşəli ulduzun təsviri verilib. Aypara bir vaxtlar Bizans imperiyasının paytaxtı Konstontinopolun gerbi olmuşdur. Türklər 1453-cü ildə həmin şəhəri aldıqdan sonra həmin gerb Osmanlı imperiyası tərəfindən islam dininin bir rəmzi kimi qəbul edilmiş və həmin dində olan başqa xalqlara keçmişdir (Bax: M. Əliyev. “Qobustan”jurnalı, 1989, N 3).

Böyük yazıçı C. Cabbarlı şerlərinin birində yazırdı:

Bu ay, ulduz boyaların qurultayı nə demək,
Bizcə belə söyləmək.
Bu göy boya, göy moğoldan qalma
Bir türk nişanı
Bir türk oğlu olmalı.
Yaşıl boya islamlığın sarsılmayan
İnamını ürəklərə dolmalı
Şu al boya azadlığın təcəddüdür, fərmanı,
Mədəniyyət bulmalı.

Azərbaycan Milli Qurtuluş Hərəkatının böyük ideoloqu M. Ə. Rəsulzadə 1918-ci ildə Azərbaycan Parlamentinin yığıncağında demişdi: “Bizim qaldırdığımız bayrağın üç rəngi: türk milli mədəniyyətinin, müsəlman sivilizasiyasının və müasir Avropa demokratik əsaslarının simvoludur”.

Azərbaycan 1920-ci ildə işğal edildikdən sonra başda M. Ə. Rəsulzadə olmaqla dəyərli insanlarımız bu bayrağı Türkiyə və Avropa ölkələrində mühacirətdə qorudular, yaşatdılar.

Qeyd edim ki, Sovetlər Birliyi dövründə Üçrəngli dövlət bayrağımız 1956-cı ildə XX qurultayda “şəxsiyyətə pərəstiş” məsələsi qoyulduqdan sonra Qız qalası üzərində üç azərbaycanlı vətəndaşımız (birinin adı Cahid, digəri isə Nazim olub) tərəfindən bir saatdan çox orada dalğalandırılıb. Həmin şəxsləri isə (onların sayı ümumilikdə 15-ə qədər olub) sonradan oğurluq adı ilə 12-13 ilə qədər həbsə məhkum ediblər.

1988-ci ildən isə başlanan Azərbaycan Xalq Hərəkatı yenidən Üçrəngli bayrağımızı meydanlarda dalğalandırdı.

Dövlətimin digər rəmzi isə gerbimizdir. Dövlət bayrağından fərqli olaraq Azərbaycan Xalq Cümhuriyyəti dövründə digər dövlət rəmzləri rəsmi qaydada qəbul olunmamış, yalnız onların qəbul edilməsi haqqında 1920-ci il yanvarın 30-da hökümət tərəfindən müsabiqə elan edilmiş və Maarif nazirliyinə tapşırılmışdır ki, milli himnin, Dövlət gerbinin və möhürün I layihələri ucun 50 min, II layihələri ucun 25 min manat həvəsləndirici mükafatlar müəyyənləşdirsin. Qeyd edim ki, gerbin layihəsi o zaman Bakıda yaşayan gürcü rəssamı knyaz Şerşavidzeyə sifariş verilmiş və onun hazırladığı layihə bizə gəlib catmışdır.

1991-ci ildə oz müstəqilliyini bərpa edən Azərbaycan Respublikasının yeni milli gerbinin yaradılması ücün müsabiqə elan olunmuşdur. Bu məqsədlə xüsusi komissiya tərəfindən müəyyən konsepsiya hazırlanmış, müsabiqəyə yüzlərlə eskiz təqdim edilmişdi. Təqdim olunan eskizlər Milli Məclisin üzvlərini qane etməmiş və məhz bu səbəbdən də vaxtilə mövcud olmuş gerb layihəsini bərpa etmək münasib hesab edilmişdir. Qəbul olunmuş Azərbaycan Respublikasının gerbi Azərbaycan Xalq Cümhuriyyəti dövrünün 1920-ci ildə yaradılmış gerbi layihəsinin təkrarıdır. Onun kompozisiyası ilk orijinalda olduğu kimi saxlanılmış, yalnız bəzi detallar – alovun – «Allah» sözünün, palıd yarpaqları və sünbüllərin təsviri rəssam R.Məmmədov tərəfindən təkmilləşdirilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 1993-cu il 19yanvar tarixli Konstitusiya qanunu ilə Azərbaycan Respublikası Dövlət gerbinin rəngli və ağ-qara təsviri təsdiq edildi.  

Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri: palıd budaqlarından və sünbüllərdən ibarət qüvsün üzərində yerləşən şərq qalxanının təsvirindən ibarətdir. Qalxanın üstündə Azərbaycan Respublikası Dövlət bayrağının rəngləri fonunda səkkizguşəli ulduz, ulduzun mərkəzində alov təsviri vardır. Azərbaycan Respublikası Dövlət gerbinin rəngli təsvirində ulduz ağ, alov qırmızı, palıd budaqları yaşıl, sünbüllər sarı rəngdədir. Qalxanın və ulduzun sağanaqları, habelə qalxanın duymələri və palıd qozaları qızılıdır”.

Dovlət gerbində verilmiş rəmzi elementlər milli və bəşəri dəyərlərə əsaslanır. Coxguşəli, o cümlədən səkkizguşəli ulduz Azərbaycanın memarlıq, zərgərlik, şəbəkə sənətində geniş yayılmış ornament növlərindəndir.  

Dunya heraldika sənətində qalxan məmləkətin hərbi qüdrətini, xalqın qəhrəmanlıq əzmini təmsil edir. Palıd yarpaqları və sünbüllər şöhrət cələngini, qüvvəti, bolluğu, məhsuldarlığı ifadə edən ənənəvi simvollardandır. Gerbimizin mərkəzində şölə saçan alovun - «Allah» sözünün mahiyyətini aşkarlamaq üçün M.Ə.Rəsulzadənin Milli Cümhuriyyət Parlamentinin ilk acılışında söylədiyi mudrik sozləri xatırlayaq:

“Azərbaycan bir atəş
mənbəyidir. Vətənimiz hər
zaman kəndi sinəsində bir
atəşi-muqəddəs bəsləmişdir.
Bu atəş əski zamanlardan bəri
həqiqətpərəstlərə rəhbər, bir
şoleyi-umid və inam təşkil eyləmişdir...

Və sonunda dövlətimin daha bir rəmzi bizim müqəddəs himnimiz!

 “Himn” yunanca “təntənəli nəğmə” deməkdir və müxtəlif mərasimlər üçün nəzərdə tutulur.  Azərbaycan Xalq Cümhuriyyəti dövründə dahi bəstəkarımız Üzeyir bəy Hacıbəyov tərəfindən iki marş yazılmışdır.  Bu əsərlərin əlyazmasını bəstəkarın qardaşı Ceyhunbəy Hacıbəyov vaxtilə Turkiyəyə catdırmışdır. Bunlardan biri “Azərbaycan milli marşı” adlanır. Marşın musiqisi Üzeyir bəy Hacıbəyova məxsusdur ki, bunu təsdiqləyən sənəd, yəni müəllifin əlyazması onun adını daşıyan ev-muzeyində saxlanılır.

İkinci marş - “Azərbaycan marşı” Azərbaycan Respublikasının Dövlət himni kimi qəbul edilmişdir.  Azərbaycan Respublikası Milli Məclisinin 1993-cu il 2 mart tarixli qərarı ilə Azərbaycan Respublikası Dovlət himni haqqında Əsasnamə təsdiq edilmişdir. Milli Məclisin 1992-ci il 27 may tarixli qərarı ilə

musiqisi Üzeyir bəy Hacıbəyovun, mətni Əhməd Cavadın olan “Azərbaycan marşı” Azərbaycan Respublikasının Dovlət himni kimi təsdiq edilmişdir. İndiki Dövlət himni haqqında Azərbaycan Respublikasının Prezidenti, ulu

öndərimiz Heydər Əliyev iftixarla demişdir “Böyük Üzeyir Hacıbəyov 1919-cu ildə, bu gün hər dəfə sevinclə dinlədiyimiz “İstiqlal marşını” – müstəqil Azərbaycan Respublikasının Dövlət Himnini yaratmışdır. Üzeyir Hacıbəyov o vaxt dərk edirdi, anlayırdı ki, bu xalqa lazımdır. Bu gün bu fürsətdən istifadə edərək demək istəyirəm ki, o dövrün çətinliklərinə, Üzeyir Hacıbəyovun da nisbətən gənc olmasına baxmayaraq, o, çox gözəl, əzəmətli dövlət himni yaratmışdır”.

Azərbaycan! Azərbaycan!
Ey qəhrəman ovladın şanlı Vətəni!
Səndən otru can verməyə cumlə hazırız!
Səndən otru qan tokməyə cumlə qadiriz!
Ucrəngli bayrağınla məsud yaşa!
Minlərlə can qurban oldu!
Sinən hərbə meydan oldu!
Huququndan kecən əsgər,
Hərə bir qəhrəman oldu!
Sən olasan gulustan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!
Namusunu hifz etməyə,
Bayrağını yuksəltməyə
Cumlə gənclər muştaqdır!
Şanlı Vətən! Şanlı Vətən!
Azərbaycan! Azərbaycan!

Bizim sadiq prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə milli istiqlaliyyətimiz kimi Vətənin dövlət rəmzləri də ürəkləri fərəhləndirir, arzu və əməllərimizi qanadlandırır.

Sonda isə yazımı öndərimiz Heydər Əliyevin sözləriylə bitirirəm: “Mən fəxr edirəm, ki Azərbaycanlıyam”!

Bax helə buna görədə mən fəxr edirəm ki, bu cür vətənin qızıyam! Fəxr edirəm ki, bu günümü və sabahımı bu cür ölkədə quracam! Mən fəxr edirəm ki, azərbaycanlıyam!

                          
Xəlilova Türkan Nadirqızı                                   
Bakı Dövlət Universiteti
jurnalistika fakültəsinin 3-cü kurs tələbəsi

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir