Modern.az

Türkiyədən ANONS: “Rusiya vətəndaşları daxili pasportla ölkəmizə gələ bilər”

Türkiyədən ANONS: “Rusiya vətəndaşları daxili pasportla ölkəmizə gələ bilər”

25 Mart 2019, 15:18

Türkiyə Rusiya vətəndaşlarına xarici pasport olmadan, yalnız Rusiyanın şəxsiyyət vəsiqəsi ilə səfər etməsinə şərait yaratmaq istəyir.

 

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, martın 28-də Antalyada Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu ilə Sergey Lavrov arasında görüşdə bu məsələnin müzakirəyə çıxarılacağı gözlənilir.

 

“Rusiya vətəndaşları ölkəmizə daxili pasportla səfər edə biləcək. Biz bu yolda danışıqlara başlamışıq”-deyə nazir deyib.

Anadolu agentliyi isə xarici pasportların qarşılıqlı şəkildə daxili pasportla əvəzlənməsinin müzakirə olunduğunu xəbər verir.

 

Aprelin 8-də Moskvaya səfər edəcək Rəcəb Tayyip Ərdoğanın bu məsələni Rusiya lideri Vladimir Putinlə də müzakirə edəcəyi gözlənilir.  

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır