Modern.az

Zaur Darğalı Marneulidə mer olmaq uğrunda mübarizə aparacaq  

Zaur Darğalı Marneulidə mer olmaq uğrunda mübarizə aparacaq    

25 Mart 2019, 15:53

“Gürcü Arzusu” partiyasının Tiflis şəhərində yerləşən mərkəzi qərargahında partiya rəhbəri İrakli Qaribaşvilinin iştirakı ilə may ayında Marneulidə keçiriləcək mer seçkilərinə partiya öz namizədini təqdim edib. Bu barədə məlumatı Modern.az-a diaspor üzrə araşdırmaçı jurnalist Elnur Eltürk verib. Hakim “Gürcü Arzusu” partiyası Marneuli rayonunun mer vəzifəsinə Zaur Darğallının namizədliyini irəli sürüb. Zaur Darğallı 1988-ci ildə Marneuli şəhərində anadan olub. İlya Çavçavadze adına Dövlət Universitetini bitirib. 2007-2009-cu illərdə bir sıra regional və beynəlxalq media qurumlarında jurnalist kimi fəaliyyət göstərib. Z.Darğallı bərabər olaraq 2007-2010-cu illərdə Marneuli Gənclər Mərkəzində bir sıra layihələrə rəhbərlik edib. 2010-2012-ci illərdə Amerika Birləşmiş Ştatlarının Regional İnkişaf Agentliyinin Kvemo-Kartli bölgəsindəki ofisinin rəhbəri vəzifəsində çalışıb. O, 2014-2017 ci ilədək Barışıq və Vətəndaş Bərabərliyi məsələləri üzrə dövlət nazirinin müşaviri vəzifəsində çalışıb. 2017-ci ildən isə Kvemo-Kartli qubernatorunun müavini vəzifəsindədir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi