Modern.az

Bakıda mənzildən qadın meyiti tapılıb

Bakıda mənzildən qadın meyiti tapılıb

25 Mart 2019, 16:23

Bakıda mənzildən 70 yaşlı qadın meyiti tapılıb.

Modern.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

 

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açıb və orada aşkarlanan 1949-cu il təvəllüdlü Həsənova Rima Yusif qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır