Modern.az

Tanıdığınız tanışlar: Məşhur yazarı tanıya bildiniz?..   

Tanıdığınız tanışlar: Məşhur yazarı tanıya bildiniz?..   

25 Mart 2019, 17:17

Modern.az saytında “Tanıdığınız tanışlar” rubrikasına davam edirik...  

Bu rubrikada böyük əksəriyyətin tanıdığı şəxsin uşaqlıq və ya gənclik şəkli Modern.az-ın əsas səhifəsində təqdim olunur. 

Hamınıza bugünkü siması ilə tanış olan həmin şəxsin nadir şəkli yəqin ki, sizlərdə hansısa təəssüratlar yaradır. 

Rubrikamızın növbəti təqdimatında xəbər lentinə qoyduğumuz şəkli yazıya baxmadan tanıya bildiniz?  

Bu şəkildəki şəxs Rəşad Məciddir.  

"525-ci qəzet"in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü Rəşad Məcid çoxşaxəli yaradıcılıq fəaliyyətinə malikdir.

Şeir də, hekayə də yazan, publisistik məqalələrini də, ədəbi-tənqidi yazılarını və müsahibələrini də geniş ictimaiyyətə təqdim edən Rəşad Məcid bir sıta kitabların müəllifidir. Yəni, o istəyəndə şeir, istəyəndə hekayə, istəyəndə araşdırma, istəyəndə siyasi-analitik yazı, istəyəndə yol qeydləri yazır. 

Rəşad Məcid 1964-cü il avqustun 21-də Ağcabədi rayonunda anadan olub. 1979-cu ilədək Ağdam şəhərində yaşayıb, həmin vaxtdan Bakıya köçüb. 1988-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. 1985-ci ildən "Elm və həyat" jurnalında korrektor kimi əmək fəaliyyətinə başlayıb, sonra 1990-cı ilədək həmin jurnalın müxbiri işləyib. 1990-1991-ci illərdə Azərbaycan Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzində sədr müavini vəzifəsində çalışıb. 1991-1992-ci illərdə əvvəlcə "Ədalət" qəzetində, sonra isə "Azərbaycan" qəzetində baş redaktorun birinci müavini olub. 1992-ci ildə "525-ci qəzet"i təsis edib. 1993-cü ildə "Azərmətbuatyayımı" İstehsalat Birliyinin rəisi olub. 1994-1995-ci illərdə Azərbaycan Tərcümə Mərkəzində məsul katib vəzifəsində çalışıb. 1995-ci ildən "525-ci qəzet"in baş redaktorudur.

Azərbaycan Jurnalistlər Birliyinin Həsən bəy Zərdabi adına mükafatına layiq görülüb.

2004-cü ildə Azərbaycan Yazıçılarının XI qurultayında Birliyin gənclərlə iş üzrə katibi seçilib.


Ölkə mətbuatında bədii və publisistik yazılarla çıxış edir. 1993-cü ildə "Hələ ki vaxt var" adlı şeirlər, 2004-cü ildə "10 sentyabr" adlı hekayələr kitabı çapdan çıxıb.

Sonralar "Əlvida və salam" , "Dəlicəsinə", "Çiyələk qadın", "Bir də gəlməyəcək...", "Cığıraçan" adlı kitabları işıq üzü görüb.





A.Qorxmaz

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?