Modern.az

Azərbaycan millisi Litva ilə bacarmadı

Azərbaycan millisi Litva ilə bacarmadı

Aktual

25 Mart 2019, 20:00

Futbol üzrə Azərbaycan milli komandası bu gün yeni baş məşqçi Nikola Yurçeviçin rəhbərliyi altında ikinci oyununa çıxıb.

Modern.az xəbər verir ki, yığmamız yoldaşlıq oyununda Bakıda Litva seçməsi ilə qarşılaşıb. Qarşılıqlı hücum şəraitində keçən qarşılaşmada komandalar qolsuz bərabərə qalıb.

 

Litva ilə oyun komandamızın bu yığmaya qarşı 3-cü matçı olub. Azərbaycan millisi bundan əvvəlki 2 qarşılaşmanın birində qalib (2:1), digərində isə məğlub (0:1) olub.

 

FİFA reytinqində isə yığmamız daha irəlidədir. Komandamız 26-cı, Litva isə 41-ci pillədə qərarlaşıb.

 

Qeyd edək ki, millimiz 4 gün öncə “AVRO 2020”nin seçmə mərhələsində səfərdə Xorvatiyaya 1:2 hesabı ilə uduzub.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır