Modern.az

Suriyada 3 hərbçisi öldü

Suriyada 3 hərbçisi öldü

25 Mart 2019, 23:42

Fevral ayının sonunda Suriyada terrorçularla döyüş zamanı üç Rusiya hərbçisi həlak olub. Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

 

Məlumata görə, günorta avtomobil ilə Deyr-əz-Zorda yerləşən yaşayış məntəqələrindən birinə humanitar yardım aparmaqdan qayıdan hərbçilər yaraqlıların pusqusuna düşüblər. Nəticədə tərəflər arasında silahlı toqquşma olub. Döyüş zamanı rusiyalı hərbçilər itkin düşüblər.

 

Hadisə barədə məlumat daxil olduqdan sonra onların axtarışına başlanılıb. Nəticədə avtomobilə hücum edən yaraqlılar müəyyən edilib, həmçinin hərbçilərin öldüyü təsdiqlənib.

 

Hücumda iştirak edən 30 nəfərdən ibarət dəstə məhv edilib. Hərbçilərin cənazəsi Rusiyaya göndərilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır