Modern.az

Qənirə Paşayeva “Turizm – 2011” mükafatına layiq görülüb

Qənirə Paşayeva “Turizm – 2011” mükafatına layiq görülüb

19 Dekabr 2011, 11:07

Millət vəkili Qənirə Paşayeva Turizmə  Dəstək  Gənclər Koalisiyası tərəfindən qanunvericilikdə turizmin inkişafına  göstərdiyi  dəstəyə görə   “Turizm – 2011”  mükafatına layiq görülüb. Mükafatı millət vəkilinə təqdim edən Turizmə  Dəstək  Gənclər Koalisiyasının baş koordinatoru  Ramiz Əliyev vurğulayıb ki, hər  zaman gənclərə göstərdiyi dəstəyi ilə fərqlənən millət vəkili  Qənirə Paşayeva turizmin inkişafı ilə bağlı qanunvericilik aktlarına, turizmin inkişafı istiqamətində çalışan gənclər təşkilatlarına daima öz dəstəyini əsirgəmir.

Mükafata görə Turizmə  Dəstək  Gənclər Koalisiyası minnətdarlığını bildirən Qənirə Paşayeva deyib ki, yola saldığımız 2011-ci “turizm ili” ərzində bu sahənin inkişafı istiqamətində ölkədə mühüm işlər görülüb.




Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir