Modern.az

“Yanğın baş verən ərazidə oğurluq və soyğunçuluq halı qeydə alınmayıb” - Oruc Zalov

“Yanğın baş verən ərazidə oğurluq və soyğunçuluq halı qeydə alınmayıb” - Oruc Zalov

Aktual

26 Mart 2019, 12:55

“Yanğın baş verən ticarət mərkəzində hər hansı oğurluq və soyğunçuluq halı qeydə alınmayıb”.

 

Modern.az xəbər verir ki, bunu “Report”a açıqlamasında daxili işlər nazirinin müavini, general-leytenant Oruc Zalov deyib.

 

Nazir müavini bildirib ki, yanğın baş verən əraziyə kifayət qədər polis qüvvələri cəlb edilib və ərazi tam mühafizə olunub.

 

Qeyd edək ki, bu gün səhər saatlarında paytaxtın Nizami rayonu, Qara Qarayev prospektində "Diqlas" Ticarət Mərkəzində güclü yanğın baş verib.

 

Hadisə yerinə çoxlu sayda yanğınsöndürmə briqadaları və 3 helikopter cəlb edilib.

Yanğın davam edir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır