Modern.az

Müəllim qəza törədib, 14 yaşlı yeniyetmə ölüb

Müəllim qəza törədib, 14 yaşlı yeniyetmə ölüb

Aktual

26 Mart 2019, 13:55

Bu gün Ağcabədidə 14 yaşlı yeniyetmənin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az ONA-ya istinadən məlumat verir ki, hadisə rayonun Boyat kəndi ərazisində qeydə alınıb.

 

İxtisasca müəllim olan Gündüz Vətən oğlu Əliyev idarə etdiyi “VAZ-21099” markalı minik avtomobili ilə 2005-ci il təvəllüdlü İbrahim Məhəmməd oğlu Abbasovu vurub. İ.Abbasov hadisə yerində ölüb.

 

Faktla bağlı araşdırma aparılır.

 
Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir