Modern.az

Qarabağ Azadlıq Təşkilatı mitinq qərarı verdi

Qarabağ Azadlıq Təşkilatı mitinq qərarı verdi

26 Mart 2019, 17:19

Bu gün Qarabağ Azadlıq Təşkilatı (QAT) İdarə Heyətinin iclası keçirilib.  

QAT-ın mətbuat xidmətindən Modern.aza verilən məlumata görə, iclasda Qarabağ mitinqinin keçirilməsi ilə bağlı da müzakirələr aparılıb və aprel ayında mitinq keçirilməsinə dair qərar qəbul olunub.

QAT hesab edir ki, işğalçı Ermənistan rəhbərliyi son dövrdə özünü daha həyasız aparır, işğal olunmuş Azərbaycan ərazilərinə intensiv şəkildə qanunsuz səfərlər edir, Azərbaycana qarşı daha həyasız bəyanatlarla çıxış edir, Azərbaycanın işğal olunmuş ərazilərindən çıxmayacaqlarını, guya bu ərazilərin tarixən onlara məxsus olması ilə bağlı ağla sığmayan iddialar irəli sürür, geniş miqyasda qanunsuz məskunlaşdırma həyata keçirir, Azərbaycanın işğal olunmuş Xankəndi şəhərində Ermənistan təhlükəszlik şurasının iclasını keçirir, İrəvanda Dağlıq Qarabağdakı qondarma rejimin nümayəndələrinin də iştirakı ilə hərbi müşavirələr keçirir və sair işğalçı, ilhaqçı hərəkətlərini davam etdirir:

"Və bütün bunların fonunda beynəlxalq təşkilatlar tam susqunluq nümayiş etdirirlər. Bir daha qeyd edirik ki, bu şəraitdə Azərbaycanın müharibədən başqa yolu qalmır. Bu vəziyyət Azərbaycan cəmiyyətində qəzəb və narahatçılığı bir daha gücləndirir. Ermənistanin işğalçi və ilhaqçi hərəkətlərinə, beynəlxalq təşkilatlarin biganəliyinə qarşı Azərbaycan cəmiyyətinin etiraz səsinin, harayının, ictimai müqavimətin nümayiş etdirilməsinə ciddi ehtiyac vardır. Bunun üçün bir sıra etiraz aksiyalarının , o cümlədən, Qarabağ mitinqinin keçirilməsi vacibdir. Ona görə də QAT Qarabağ mitinqinin keçirilməsi ilə bağlı yaxın günlərdə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etmək qərarına gəlib".

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir