Modern.az

Polis hava limanında həmkarını güllələdi

Polis hava limanında həmkarını güllələdi

Aktual

26 Mart 2019, 20:27

Türkiyədə polislər arasında silahlı insident olub.

Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Kayseri şəhərinin hava limanında qeydə alınıb.

Belə ki, daxili reyslər terminalında polislər arasında mübahisə sonradan silahlı insidentə çevrilib. Polislərdən birinin digərinə qarşı silah işlətməsi nəticəsində 1 nəfər xəsarət alıb. Daha sonra həmkarını güllələyən şəxs özü də intihara cəhd edib. Hər iki polis ağır xəsarətlə xəstəxanaya yerləşdirilib. Hazırda hadisənin səbəbləri araşdırılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar