Modern.az

Mişel Obama dünyanın ən populyar memuarını yazıb: 5 ayda 10 milyon satış

Mişel Obama dünyanın ən populyar memuarını yazıb: 5 ayda 10 milyon satış

26 Mart 2019, 21:56

ABŞ-ın keçmiş birinci xanımı Mişel Obamanın “Becoming” avtobioqrafik kitabının 5 ay ərzində 10 milyon nüsxəsi satılıb.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, Mişel Obamanın kitabı, həmçinin, 31 dilə tərcümə edilib.

Mişel Obamanın kitabının yaxın zamanlarda dünyanın ən populyar memuarına çevrilə biləcəyi ehtimal edilir.

Qeyd edək ki, 2017-ci ildə Barak və Mişel Obamaların memuarlarının nəşri üçün “Bertelsman” şirkəti 65 milyon dollar ödəniş edib. Bundan sonra Mişel Obamanın memuarları dərc edilsə də Barak Obamanın xatirələri hələlik yayımlanmayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?