Arxiv
27 mart 2019, 08:09 | DİASPOR
Amerikanın azərbaycanlı gəlini - Minnesotada yaşayan xeyriyyəçi xanım - FOTOLAR

Bacarıqlı, işgüzar, iradəli xanımdır. Təbiət qoynuna səyahəti xoşlayır. İdmanla mütəmadi məşğul olur. Mütəliə etməkdən yorulmur. İki kitab üzərində işləyir. İngilis dilində tezliklə işıq üzü görəcək bu kitabların qəribə adları da var- "Geriyə səyahət" və "Nənəmə məktublar: yenidən salınan köklər"...

…Ömür-gün yoldaşı Bencemin Bantli amerikalıdır. 2003-cü ildə ailə qurublar. Minnesota ştatının Manketo şəhərində vergi müfəttişi işləyir. İki övladı var, böyük oğlu Kaleb 14, ikinci oğlu Rəsul isə 10 yaşındadılar. Hər iki oğlunun əsl azərbaycanlı kimi böyüməyinə çalışır...


Deyir ki, azadlıq təşnəsi ilə yaşayanlar onu təbii halında hiss etmək istəyirlərsə, buyurub Amerikaya gələ bilərlər:

“Amma bir şeyi unutmasınlar ki, kiminsə hesabına burada yaşamaq mümkün deyil. Yalnız və yalnız möhkəm iradə, bacarıq və savadla hansısa səviyyəyə yüksəlmək olar"…


Haqqında söhbət açdığım Vüsalə Əzizova- Bentli Xaçmaz rayonunda dünyaya gəlib. 1995-ci ildə orada 1 nömrəli məktəbin 9-cu sinfini bitirərək, Sumqayıt Musiqi Kollecinin Quba filialına qəbul olunub və bir neçə ildən sonra oranı piano müəllimi ixtisası ilə başa vurub. 1999-2001-ci illərdə Odlar Yurdu Universitetinin tərcümə fakültəsində təhsil alıb. 2001-ci ildə Amerikanın Azərbaycandakı səfirliyinin Azadlığa dəstək proqramının xətti ilə ABŞ-ın Pensilvaniya ştatının Filadelfiya şəhərinə gəlib. Burada Dreksel Universitetində bir ay hazırlıq kursu keçəndən sonra Minnesota Universitetinin Moorhead filialında amerikaşünaslıq fakültəsinə qəbul olunub. 2004-cü ildə oranı bakalavr dərəcəsi ilə bitirib. Sonra iki il Azərbaycanda yaşayıb.


2006-cı ildə yenidən ABŞ-a qayıdıb. Bu dəfə Viskansn Dövlət Universitetində oxuyaraq orta hüquq işçisi ixtisasına yiyələnib. 2006-2012-ci illərdə Viskansndakı "Ailə və işçilərin hüquqları" idarəsində vəkil köməkçisi işləyib. 2012-2015-ci illərdə həmin ştatın sığorta şirkətlərindən birində çalışıb…


…2012-ci ildə Amerika Federal Təhqiqat Bürosunda işləmək şansı yaranıb. Beş min namizədin arasından seçilərək, iki yüz adamdan biri olub. Və "Navy Sean Stew Smith" proqramı üzrə təlim də keçib. Amma onu qane edən iş təklifi almayıb, sonda qərara gəlir ki, hüquqi biliklərini və fiziki bacarıqlarını başqa istiqamətə yönəltsin…

2015-ci ildən Minnesota ştatının Manketo şəhərində yaşayır. 2016-2017-ci illərdə ABŞ-ın Milli İdman Akademiyasında oxuyub. O, buranı üç ixtisas üzrə bitirib - düzgün qidalanma, yoqa və idman. Bu ixtisasların hər hansı birindən təlim keçmək üçün ona xüsusi lesenziyalar da verilib...

2017-ci ildə "Bentley Mediation and Drafting" şirkətini təsis edərək, fərdi şəkildə hüquq məsləhətçisi kimi fəaliyyət göstərir. Eyni zamanda "VUSA Fitness" şirkətini yaradıb və fitneslə bağlı məhz həkimlərə xüsusi proqram üzrə təlimlər keçir…


Çox xeyirxah insandır. Xüsusi mobil çörək bişirən maşın alıb ki, pizza bişirib sata bilsin və əldə olunan vəsaiti imkansızlara, daha doğrusu müharibədə vuruşmuş keçmiş əsgərlərə, xəstələrə, süd verən analara, azyaşlı məktəblilərə çatdırsın. Hər ilin may ayından başlayaraq sentyabr ayınadək bu məqsədlə xeyriyyə marafonu keçirir. Həmin xeyriyyə marafonu haqqında Minnesotanın qəzet və jurnallarında çox yazılıb…

Deyir ki, - "Nənəm Əminə Ağadadaşova qubalı Ağa Məhəmməd Əfəndinin qızı olub. Mənim bir insan kimi formalaşmağımda onun böyük rolu var. Ondan xeyirxahlığı, əliaçıqlığı, imkansıza yardım etməyi öyrənmişəm"…

Artıq nə söyləmək olar? Yaxşı deyiblər - "Əl tutmaq Əlidən qalıb". Qoy amerikalılar da Vüsalə xanımın timsalında azərbaycanlıların necə xeyirxah bir xalq olduğunun şahidi olsunlar…

Elman Eldaroğlu,
ABŞ, Miçiqan

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Putun Cənubi Koreyaya gedir 26 Aprel 2019, 00:51 Daxili işlər nazirləri Daşkəndə toplaşır 26 Aprel 2019, 00:32 XİN rəhbərləri Vaşinqtonda görüşə bilər 26 Aprel 2019, 00:14 Azərbaycan nefti ucuzlaşdı 25 Aprel 2019, 23:56 ABŞ Çeçenistanın hökumət başçını ölkəyə buraxmır 25 Aprel 2019, 23:43 Paytaxtda itkin düşən qadın tapıldı 25 Aprel 2019, 23:24 ABŞ İranın məhbusların dəyişdirilməsi təklifini rədd edib 25 Aprel 2019, 23:10 Belçika parlamenti qondarma “erməni soyqırımı”nı rədd etdi 25 Aprel 2019, 22:54 Çingiz Abdullayev: “Şəhərin müdafiəsi üçün mitinq olsa, ilk mən çıxacam” 25 Aprel 2019, 22:44 Gələn ay kartof və soğan ucuzlaşacaq 25 Aprel 2019, 22:23 Bərdə sakini özünü evində asdı 25 Aprel 2019, 22:11 Nazir ABŞ səfiri ilə müzakirə aparıldı 25 Aprel 2019, 21:56 Moskvadakı atışmada 2 nəfər öldü 25 Aprel 2019, 21:39 Azərbaycan elektron hökumətin yeni modelinə keçəcək 25 Aprel 2019, 21:17 Salyanda yük maşını ilə minik maşını toqquşdu: 9 yaralı 25 Aprel 2019, 21:15 Türkiyədə beş terrorçu məhv edildi 25 Aprel 2019, 21:02 Rusiya paytaxtında bomba həyacanı: 4 000 insan təxliyyə edildi 25 Aprel 2019, 20:54 Gömrük Komitəsi iddialara cavab verdi 25 Aprel 2019, 20:36 Xaçmazda sahibkarların problemləri dinlənildi 25 Aprel 2019, 20:19 Azərbaycan Uruqvaya NOTA verdi - SƏBƏB 25 Aprel 2019, 20:09 "Formula 1" pilotu Bakıda xəstələnib 25 Aprel 2019, 19:41 Qarabağ döyüşlərində itkin düşmüş əsgərin 25 ildən sonra məzarı tapılıb - FOTO 25 Aprel 2019, 19:30 Əhalinin banklardakı pulu 8 milyard manatı ötüb 25 Aprel 2019, 19:16 Türkiyədə FETÖ-çülərə qarşı yeni əməliyyat 25 Aprel 2019, 19:10 “Windows”un cinayətkarlar tərəfindən istifadə olunmuş zəif nöqtəsi tapılıb 25 Aprel 2019, 19:04 Nazir Qəbələdə fermerlərlə görüş keçirdi 25 Aprel 2019, 18:56 Azərbaycan XİN-dən Keşikçi Dağı məbədi ilə bağlı yayılan iddialara CAVAB 25 Aprel 2019, 18:50 USAID ABŞ-Azərbaycan Ticarət Palatası ilə saziş imzaladı 25 Aprel 2019, 18:44 Deputat seçicilərinin problemlərini dinlədi 25 Aprel 2019, 18:28 Mehriban Əliyeva Bakıdakı təhsil müəssisələrindəki şəraitlə tanış olub - FOTOLAR 25 Aprel 2019, 18:20 Amerika Film Festivalı “İnsan Ruhunun Qüdrəti” 25 Aprel 2019, 18:16 Məcburi köçkün uşaqlar Formula 1 ilə tanış oldular 25 Aprel 2019, 18:04 ADU-da SƏLİS-in e-vətəndaş proqramının təqdimatı oldu 25 Aprel 2019, 18:01 Magistratura imtahanlarının II mərhələsi üçün proqram seçimi başlanır 25 Aprel 2019, 17:52 Müdafiə naziri döyüş atışlı təlim məşqlərini izlədi - VİDEO 25 Aprel 2019, 17:26