Modern.az

«Washington Post» erməniləri “vurdu”

«Washington Post» erməniləri “vurdu”

19 Dekabr 2011, 22:59

«Washington Post» qəzetində köşə yazarı Fred Hiatt ABŞ-ın Azərbaycandakı səfiri Metyu Bryazanı vəzifəsinə təsdiqləməyən ABŞ Senatı komitəsinin mövqeyini tənqid edib. Müəllif yazır ki, Bryazanın namizədliyi səsverməyə çıxarılmadığına görə diplomat geri dönməlidir: «Bu, Vaşinqtonun siyasi həyatında kiçik bir hadisə olsa da, ABŞ milli maraqlarının xüsusi maraq qruplarının qurbanına çevrilməsini aydın göstərir».

Fred Hiatt davam edir: «Bu məsələ Xəzərin sahilində əhalisinin əksəriyyəti müsəlman olan neftlə zəngin Azərbaycanla yox, onun konfliktdə olduğu qonşusu, kasıb, əsasən xristian əhalidən ibarət Ermənistanla bağlıdır».

Məqalədə deyilir ki, Bryazaya qarşı kampaniyanın başında Amerika Erməni Milli Komitəsi və erməni mənşəli seçici dairələrini təmsil edən senatorlar Barbara Boxer və Robert Menendez durur: «Menendez'in fikrincə, Bryaza istəmir ki, erməni soyqırımını ABŞ  tanınsın. Boxer isə düşünür ki, diplomat Azərbaycanın Ermənistana qarşı təcavüzünü kifayət qədər pisləmir. Erməni Milli Komitəsi isə Bryazanın həyat yoldaşının türk olmasına diqqət çəkir».

Hiatt yazır ki, bu şübhələri çoxları bölüşmür. Əksinə, xarici siyasətə aid 36 xadim, o cümlədən Dövlət katibinin sabiq müavinləri Thomas Pickering və Nicholas Burns ötən həftə məktub yazaraq Bryazanı nümunəvi səfir adlandırıblar: «Peşəkar diplomatın namizədliyinin təsdiqlənməməsi Qafqazda ABŞ-ın maraqlarına ziyan vuracaq».

Yazıda sonda da qeyd edilir ki, M.Bryaza ABŞ səfiri kimi Azərbaycanda hakimiyyətlə vətəndaş cəmiyyəti arasında dialoqun qurulması, Ermənistanla münasibətlərin yaxşılaşmasını dəstəkləyir: «Azərbaycan erməni lobbisi və 100 senatordan ikisinin Bryazanın namizədliyinə veto qoymaq gücünü görərsə, çətin ki, növbəti səfirin neytrallığına inana».

Fred Hiatt hesab edir ki, bu prosesin içində uduzan isə amerikalılar və ya azərbaycanlılar deyil. Kasıb, təcrid olunmuş və yenə də nüfuz oyunlarının qurbanına çevrilən ermənilər uduzacaqlar.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir