Modern.az

Kəmaləddin Heydərovdan Nizami Rayon İcra Hakimiyyətinə sərt İTTİHAM 

Kəmaləddin Heydərovdan Nizami Rayon İcra Hakimiyyətinə sərt İTTİHAM 

28 Mart 2019, 16:44

Prezident İlham Əliyevin Bakının Nizami rayonundakı "Diqlas" ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar martın 28-də keçirdiyi müşavirədə fövqəladə allar naziri Kəmaləddin Heydərov çıxış edib.

 

Modern.az-ın məlumatına görə, nazir yanğının başvermə səbəbləri, əhatə dairəsi və həyata keçirilən təxirəsalınmaz tədbirlər barədə Prezident İlham Əliyevə məlumat verib.

 

Nazir bildirib ki, hadisədən dərhal sonra operativ olaraq yanğınsöndürənlər hadisə yerinə yaxınlaşıb və ilkin tədbirlər həyata keçirilib.

 

Yanğının mənbəyinin ticarət mərkəzindən kənarda yerləşən və qanunsuz inşa olunan dönərxanadan başladığını deyən Kəmaləddin Heydərov qeyd edib ki, yanğının başvermə anı Daxili İşlər Nazirliyinin müşahidə kameralarında da əks olunub. Yanğının söndürülməsinə 35 yanğınsöndürən maşının və 3 helikopterin cəlb olunduğunu deyən nazir bildirib ki, ticarət mərkəzində yanğın təhlükəsizliyi qaydalarına indiyədək əməl olunmayıb. Kəmaləddin Heydərov deyib ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən 2015-ci ildən başlayaraq ticarət mərkəzinə və rayon icra hakimiyyətinə müvafiq müraciətlərin olunmasına baxmayaraq, burada yanğın təhlükəsizliyi və digər təhlükəsizlik tədbirləri görülməyib və bu məqsədlə tələb olunan hidrantlar qoyulmayıb. Malların anbarlarda düzgün yerləşdirilməməsi və binanın alkaponla üzlənməsi yanğının daha da şiddətlənməsinə səbəb olub.

 

Nazir hadisənin fəsadlarının aradan qaldırılması və yanğının ətraf binalara keçməməsi üçün bütün lazımi tədbirlərin operativ görüldüyünü vurğulayıb.

 

O, hadisənin başvermə səbəblərinin araşdırılması məqsədilə qanunvericiliyə uyğun olaraq zəruri tədbirlərin görüləcəyini və əldə edilən ilkin materialların komissiyaya təqdim ediləcəyini bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər