Modern.az

Bayrağa münasibətdə Ramil Səfərov örnəyi...

Bayrağa münasibətdə Ramil  Səfərov örnəyi...

20 Dekabr 2011, 12:43

Modern.az saytı Milli Məclisin deputatları ilə Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələrində təhsil alan tələbələr arasında əməkdaşlığın genişləndirilməsinə xidmət edən layihə həyata keçirir. Bu layihə çərçivəsində deputat müxtəlif janrlarda yazı yazan tələbələrin məqalələri Modern.az saytında yerləşdirilir. 
Bu dəfə 105 saylı Tovuz seçki dairəsindən deputat Qənirə Paşayeva tələbələrin intellektual gücünü yoxlayır. Deputat bildirib ki,  “Dövlət rəmizləri və gənclik” mövzusunda tələbələrin yazılarına çox diqqətlə baxacaq: “Mən tələbələri bu məsələdə fəal olmağa çağırıram”.   
Aşağıdakı yazı bu layihə çərçivəsində hazırlanıb.

***

Bir  dövləti  dövlət  edən  onun  torpağı, dili, dini  və  ən  nəhayyət  rəmzləridir. Bayraqsız, Himnsiz, Gerbsiz  dövləti  təsəvvür  etmək  mümkün  deyil. Vətən, torpaq  sevgisi  insanın  qanında, canında  olmalıdır. Azərbaycan himni çalınanda, bayrağımız  zirvələrdə  dalğalananda  hər  bir  Azərbaycan  vətəndaşının  içində  qəribə  hisslər  yaranır. Bunu  sözlə  ifadə  etmək  mümkün  deyil. Bu  sadəcə  vətənimizə  olan  sevgidən  irəli  gəlir . Rəmzlərimizi  bilmək  vətənimizə olan  sevginin  bir  göstəricisidir . Dövlət  rəmzlərimizi  bilmək  xüsusilə  biz  gənclərin  borcudur. Bayrağımızda  olan  rənglərin  mənasını  bilməsək, ən  azından  bu  bayrağı  yaradanlara, himnimiz  çalınanda  ayağa  qalxıb, əlimizi  ürəyimizin  üstə  qoyub, başımızı  dik  tutub  oxumasaq,  himnimizi  böyük  coşqu  və  həyəcanla  yazan  dahi  bəstəkarımız  Üzeyir  Hacıbəyliyə  və  şairimiz  Əhməd  Cavada qarşı hörmətsizlik  etmiş  olarıq .

Müasir  dövrdə  gənclərimiz  iki  yerə  bölünür : dövlət  rəmzlərini  adı  kimi  bilənlər  və  rəmz  deyiləndə  qulaqlarını  tutub  ağzına  nə  gəldisə  danışanlar. Bu  problemin  qaynağı  uşaqlığa  gedib  sökənir. Rəmzlərimizi  uşaqlara  öyrətmək  əvvəlcə  ailədən  başlamalıdır. Bu  bəzi  ailələrdə  belədir, bəzilərində  isə  yox. Rəmzlərimizi  öyrətmək  əvəzinə uşaqlarına  vulqar  sözlər  öyrədən, hələ  bu  da  azmış  kimi  himnimizi  oxuyanda  uşağını  susduran  valideynlərin, məktəblərdə  yoxlama  olandan-olana  himnimizi  oxudan  müəllimlərin  səhvi  bugünki  gəncliyimizin  bu  duruma  düşməsinə  səbəb  olur .

Ancaq  bununla  yanaşı  vətəninə  sevgisini  göstərən, rəmzlərimizə  hörmət  edən  gənclərimiz  də  var.  Beynəlxalq  yarışlarda  bayrağımızı  zirvələrdə  dalğalandıran, himnimizi  səsləndirən  gənclərimiz  məktəbli  uşaqlara hətta böyüklərə  də  örnək  kimi  göstərilməlidir .

Dildə  “mən  vətənimi  sevirəm”  deməklə  deyil. Əgər  sevirksə,  bunu  əyani  şəkildə  də  sübut  etməliyik . Bayrağı  üçün  ömürlük  həbs  cəzası  alan  Ramil  Səfərovun  etdiyi  hərəkət örnəkdirmi? Əminliklə demək olar ki, bəli, bu ən  böyük  sübut  və  gənclərə  ən  böyük  örnəkdir!.

Jalə Bədirova
Bakı  Dövlət  Universiteti
Jurnalistika fakültəsi, III kurs
             

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir