Modern.az

Sabiq baş nazir: “Gürcüstanda hakimiyyət dəyişikilyi olacaq”

Sabiq baş nazir: “Gürcüstanda  hakimiyyət dəyişikilyi olacaq”

16 Dekabr 2009, 16:41

2010-cu ildə Gürcüstanda hakimiyyətin dinc yolla devrilməsi olacaq. Modern.az-ın “İnterfaks”a istinadən yaydığı məlumata görə, bu barədə Gürcüstanın keçmiş baş naziri, “Azad Gürcüstan Uğrunda” müxalifət partiyasının lideri Zurab Noqaideli Moskvada keçirdiyi bugünkü mətbuat konfransında bildirib.  “Tamamilə aydındır ki, Saakaşvilinin açıq dəstəyi getdikcə günü-gündən azalır. Mən tamamilə əminəm ki, 2010-cü il Gürcüstan üçün dinc qələbə ili olacaq. Düşünürəm ki, hakimiyyət dəyişiklii olacaq”-deyə Noqaideli bildirib.  Onun sözlərinə görə, ölkədə hakimiyyət dəyişikliyi ilə bağlı olan proseslər artıq gələn ilin mayında yerli seçkilərdən sonra başlaya bilər. “May ayında keçiriləcək seçkilərdən sonra hakmiyyət dəyişikliyi başlayacaq”-deyə müxalifət lideri əlavə edib.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı