Arxiv
31 mart 2019, 22:19 | ƏDƏBİYYAT
Sonuncu Sovet İttifaqı Qəhrəmanı Azərbaycanda ÖLDÜRÜLDÜ...  

Ruhun qarşısında baş əyirəm Oleq!

1991-ci ildə Qubadlı rayonunun Cibikli kəndi ermənilər tərəfindən mütəmadi olaraq hücumlara məruz qalırdı. Erməni quldurları çalışırdılar ki, qəfil hücumlar etməklə yerli sakinləri qorxudaraq, onları doğma yurdlarından didərgin salsınlar.

Sovet zabiti - ukraynalı leytenant Oleq Babakın komandanlığında olan rota Yuxarı Cibikli kəndində yerləşdirilmişdi. Sovet qoşunlarının tərkibindəki rota dinc sakinləri müdafiə edirdi. Onların vəzifəsi silahlı toqquşmanın qarşısını almaq idi.

Ermənilərin növbəti təxribatı nəticəsində Yuxarı Cibikli sakinlərindən iki nəfər yoxa çıxmışdı. Kənd isə atəşə tutulurdu.

Sakinlər bu haqda rotaya məlumat verir. Leytenant Oleq Babak kəndə gəlir ki, vəziyyətlə tanış olsun və erməni yaraqlılarının hücumunun qarşısını alsın. Terrorçular Sovet əsgərlərinə də atəş açmağa başlayır.

Oleq Babak döyüş yoldaşları ilə birlikdə kəndi qorumağa başlayır.

Yerli sakinlərdən sahə müvəkkili də onlara qoşulmuşdu. Oleq Babakın tabeçiliyində iki serjant var idi.

Yerli sakinlər arasında yaralananların sayı artmağa başlayır. Erməni yaraqlılarına kömək üçün əlavə qüvvələr gətirildiyini və atışmanın daha da intensivləşdiyini görən Oleq Babak yaralıları və yerli sakinləri döyüş meydanından çıxarmaq qərarına gəlir. Serjantlara əmr verir ki, yaralıları maşınla xəstəxanaya çatdırsınlar.

O, döyüş meydanında tək qalaraq iki saata yaxın erməni terrorçularına qarşı şiddətli döyüş aparır.

Geriyə göndərdiyi Cibikli kənd sakinlərinə döyüş meydanından uzaqlaşmağa imkan yaratmaq üçün Oleq Babak ermənilərə müraciət edib Sovet zabiti olduğunu deyir və atəşi dayandırmağa çağırır. Onu yüzə yaxın erməni döyüşçüsü mühasirəyə alır.

Bu zaman Babak onların arasında Sovet ordusu sıralarında birgə qulluq etdiyi keçmiş döyüşçü yoldaşını görür. Babak ondan soruşur ki, məni xilas edəcəksənmi? Erməni də cavab verir ki, sən mənim millətimin nümayəndələrini öldürmüsən, səni necə diri saxlamaq olar? Müxtəlif mənbələrə görə, Oleq Babak qeyri-bərabər döyüşdə təkbaşına 30-a yaxın erməni quldurunu zərərsizləşdirmişdi.

Ermənilərdən biri arxadan yaxınlaşaraq “obrezi” Babakın zirehli gödəkcəsinin altına yönəldərək atəş açır. Beləliklə, erməni quldurları Oleq Babakı xaincəsinə, arxadan vurub öldürürlər (Həmin döyüş vaxtı Oleq Babakın 24 yaşı vardi. Bir ay sonra onun xidmət vaxtı sona çatacaqdı və o, doğma yurduna dönərək nişanlısı ilə toy etməyi planlaşdırırdı).

Bu şücaətinə görə Oleq Babak həmin ilin sentyabrında Sovet İttifaqı Qəhrəmanı adına layiq görülür. Ondan sonra, 1991-ci ilin dekabrında SSRİ dağılır və beləliklə Oleq Babak Sovet İttifaqının son qəhrəmanı olur.



Akif Əlizadə

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
TANAP yayda hazır olacaq 18 Aprel 2019, 22:19 Oqtay Əsədov Valentina Matviyenkonu medalla təltif etdi 18 Aprel 2019, 21:54 Paytaxt sakini özünü yaşadığı binadan atdı 18 Aprel 2019, 21:34 “Qarabağ” qələbə qazanaraq liderliyini möhkəmləndirdi 18 Aprel 2019, 21:17 Azərbaycanla İran arasında iqtisadi əməkdaşlıq müzakirə edildi 18 Aprel 2019, 21:01 Alimlər xərçəngə qarşı dərman kəşf etdi 18 Aprel 2019, 20:46 Bakıda yol qəzası tıxaca səbəb oldu 18 Aprel 2019, 20:27 Miqrasiya Xidmətinin rəisi yenidən CANLI YAYIMDA 18 Aprel 2019, 20:13 Bakıda yeniyetməyə qarşı quldurluq 18 Aprel 2019, 20:02 Fuad Qəhrəmanlının qızına küçədə hücum edən şəxsə 15 sutka həbs verilib 18 Aprel 2019, 19:43 Paytaxtın bu rayonlarında qaz olmayacaq 18 Aprel 2019, 19:38 Almaniyadan ekstradisiya olunan şəxs Lənkəranda məhkəmə qarşısında 18 Aprel 2019, 19:23 Elektron kənd təsərrüfatı sistemində qeydiyyatdan keçənlərin sayı açıqlandı 18 Aprel 2019, 19:15 Hüseyn Abdullayevin məhkəməsində zərərçəkmişlər ifadə veriblər 18 Aprel 2019, 19:06 Balıq tutmağa yollanmış 57 yaşlı Bakı sakini itkin düşdü 18 Aprel 2019, 18:54 Bakcell Azərbaycan Qran Prisinin ilk rəsmi dəstəkçisi oldu 18 Aprel 2019, 18:32 Makron Roma papasını Fransaya dəvət etdi 18 Aprel 2019, 18:28 Nazirlik ağac kəsintisi ilə bağlı faktı yenidən araşdırdı 18 Aprel 2019, 18:15 “İrəli”nin“Aprel Zəfəri”nə həsr etdiyi layihə davam edir   18 Aprel 2019, 18:02 Ronaldu “Yuventus”dan erkən  gedə  bilər 18 Aprel 2019, 18:00