Modern.az

Azərbaycanlı gənc Gürcüstanda mer ola bilər

Azərbaycanlı gənc Gürcüstanda mer ola bilər

2 Aprel 2019, 12:10

May ayında qonşu Gürcüstanın bir neçə bölgəsində  mer seçkiləri keçiriləcək. Onlardan biri Marneulidir. Marneuli şəhəri  və ona daxil olan kəndlərdə əhalinin əksər hissəsi azərbaycanlılardır.

 

Modern.az xəbər verir ki, Marneulinin meri mübarizəsi uğrunda  bu gün üçün 4 nəfərin namizədliyi irəli sürülüb. Onlar azərbaycanlıdır.

Ən çox qalibiyyət şansı olan isə azərbaycanlı gənc Zaur Darğallıdır, onun namizədliyi  hakim “Gürcü arzusu” partiyası tərəfindən irəli sürülüb.

Qeyd edək ki, Zaur Darğallı 1988-ci ildə Marneuli şəhərində anadan olub. Ali təhsilini İlya Çavçavadze adına Dövlət Universitetini alıb, həmin universiteti müvəfəqiyyətlə  bitirib. 

 

Tələbəliyin ilk illərindən fəal ictimai fəaliyyət göstərib, bir sıra təşkilatlarda çalışıb. Gənclərlə bağlı həyata keçirilən çoxsaylı regional və ölkə masştablı layihələrdə iştirak edib və təşəbbüslər irəli sürüb, layihələr həyata keçirib. 

 

2007-2009 illərdə bir sıra regional və beynəlxalq media qurumlarında jurnalist kimi fəaliyyət göstərib. 

2010-2012 illərdə Amerika Birləşmiş Ştatlarının Regional İnkişaf Agentliyinin Kvemo Kartli bölgəsindəki ofisinin rəhbəri vəzifəsində çalışıb. 

2014-2017 ci ilədək Barışıq və Vətəndaş Bərabərliyi məsələləri üzrə dövlət nazirinin müşaviri olub. 

2017-ci ildən bu günədək Kvemo -Kartli bölgə qubernatorunun müavini vəzifəsində çalışır.

Zaur Darğallı, çalışdığı müddət ərzində Gürcüstanda yaşayan  azərbaycanlıların cəmiyyətə inteqrasiyası, gənclərin inkişafı, sağlam həyat tərzinin təbliği, ekologiya, sosial, humanitar və digər sahələrdə çoxsaylı layihələr həyata keçiribdir. 

 

Ailəlidir, 2 övladı var. 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!