Modern.az

Gürcüstanda polietilen torbalara qadağa qoyuldu - Azərbaycan hələ tələsmir - Rəsmi AÇIQLAMA  

Gürcüstanda polietilen torbalara qadağa qoyuldu - Azərbaycan hələ tələsmir - Rəsmi AÇIQLAMA   

2 Aprel 2019, 16:57

Gündəlik həyatımızda polietilen selofanlar daşıma və qablaşdırılma vasitəsi kimi mühüm rol oynayır. Bu vasitənin təbiətə ziyanı isə sözlə ifadə edilməyəcək qədər böyükdür.  Polietilen tərkibli  selofan torbalar illər ərzində ərimir və torpağa qarışmır. Belə olan halda polietilendən hazırlanmış məhsullar suya atıldığı təqdirdə minlərlə su canlısının məhvinə səbəb olur. Artıq bəzi ölkələrdə polietilen selofanların istifadəsi və istehsalına məhdudiyyət qoyulub.  

Aprel ayının 1-dən etibarən qonşu Gürcüstanda da polietilen torbaların istehsalı, idxal və  istifadəsi qadağan edilib. Qadağanı pozanları 185 lari civarında cərimə gözləyir.

Azərbaycanda da polietilen torbalardan  gündəlik olaraq geniş istifadə edilir. Bu torbaların istifadəsinin qadağa edilməsinə dair qanun layihəsi işlənib hazırlansa da,  tam olaraq istifadəsinə qadağa yoxdur. 

“Polietilen torbaların istifadəsinə tamamilə qadağa qoymaq üçün insanları əvvəlcədən hazır etmək lazımdır”,- deyə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Mehman Nəbiyev  Modern.az –a bildirib.

“Azərbaycan Respublikasında plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azadılması barədə 2019-cu il 7 fevral tarixli sərəncam qəbul edilib. Ötən ildən etibarən Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən bu barədə maarifləndirmə işləri aparılr. Problem elədir ki, konkret olaraq dəqiq qərar qəbul etmək olmur, bunun üçün gərək insanlar da əvvəldən hazır  olsunlar. Regionlarda plastik tulantıların toplanması üçün konteynerlər qoyulub, maarifləndirmə işləri aparılır. Birdən-birə istifadə və istehsala qadağa qoymaq olmaz. Əvvəlcədən sahibkarlarla görüş keçirilməli danışıqlar aparılmalıdır. Həmin məhsulun alternativi bazara daxil olmalı, sahibkar məlumatlandırılmalıdır”.


Qonşu Gürcüstanda tətbiq edilmiş qadağaya münasibət bildirən Mehman Nəbiyev qeyd etdi ki, ölkədə polietilen istehsal və istifadəsinə qadağa qoyulsa da, hələ ki, sellofan torbanı əvəzləyəcək alternativ vasitə yoxdur.


Əzizə Zeynal  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər