Modern.az

Azərbaycan “Avroviziya”da bu tarixdə çıxış edəcək

Azərbaycan “Avroviziya”da bu tarixdə çıxış edəcək

2 Aprel 2019, 21:52

İsrailin döyünən ürəyi Tel-Əviv şəhərində keçiriləcək sayca 64-cü "Avroviziya-2019” beynəlxalq mahnı müsabiqəsində Azərbaycan iştirakçısının çıxış vaxtı müəyyən olunub.

 

Modern.az xəbər verir ki, mayın 14-də start götürəcək mahnı yarışmasında Azərbaycan təmsilçisi ikinci yarımfinalda, yəni mayın 16-da, 18-ci nömrə altında çıxış edəcək.

 

Qeyd edək ki, ölkəmizi nüfuzlu müsabiqədə müğənni Çingiz Mustafayev "Truth” (Həqiqət) adlı bəstə ilə təmsil edəcək.

 

"Avroviziya-2019” mahnı müsabiqəsinin şüarı "Dare to Dream”dir ("Arzulamağa cürət et”).

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir