Modern.az

“Sputnik”in əməkdaşı Lələtəpə ilə üzbəüz erməni mövqelərinə gəldi - FOTOLAR

“Sputnik”in əməkdaşı Lələtəpə ilə üzbəüz erməni mövqelərinə gəldi - FOTOLAR

3 Aprel 2019, 13:29

Rusiyaya məxsus “Sputnik” informasiya agentliyinin Ermənistan redaksiyasının müxbiri Azərbaycanın işğal altındakı torpaqlarına gəlib.

 

Modern.az xəbər verir ki, jurnalist David Qalstyan Aprel döyüşlərinin növbəti ildönümü ilə bağlı Cəbrayıl rayonu ərazisində yerləşən Lələtəpə yüksəkliyi ilə üzbəüz erməni mövqelərindən reportaj hazırlayıb.

Jurnalist Lələtəpə yüksəkliyinin taktiki-strateji önəmini hər vəchlə azaltmağa çalışsa da, erməni hərbçilər sözarası yüksəkliyin önəmli olduğini etiraf ediblər.

 

“Zabitlərin bizə danışıdıqlarına görə, 2016-cı ilə qədər yüksəkliyi erməni hərbçiləri möhkəmləndirirdilər. 2016-cı ilin aprelindən sonra isə Azərbaycan tərəfi mövqeləri betonla möhkəmləndirərək təpənin hündürlüyünü daha bir neçə metr artırıblar. Təbii ki, təpə müəyyən taktiki üstünlük versə də, apreldən sonra keçirilən mühəndis-istehkam işləri bu üstünlüyü neytrallaşdırıb”- deyə Qalustyan yazır.

 

Reportajın başqa bir yerində isə Lələtəpənin əhəmiyyəti istər-istəməz etiraf olunur:

“Hərbçilər etiraf edir ki, hazırda təmas xəttində mübarizə daha çox texniki xaraker alıb. Texnikanın köməyi ilə tərəflər bir-birinin ərazilərini daha dərindən və yaxşı görməyə çalışır. David adlı əsgərlə söhbət edirəm. O, mühəndis işləri sayəsində son vaxtlar xidmət etməyin nisbətən təhlükəsiz olduğunu deyir. Digər tərəfdən isə, Lələtəpənin vacib yüksəslik olduğunu və əsgərlərin vaxtilə Lələtəpədən azərbaycanlıların mövqeyinə sözün birbaşa mənasında yuxarıdan aşağı baxa bildiklərini xatırlayır. Önəmsiz mövqe yoxdur. Amma indi durduğumuz mövqe Lələtəpədən 6-7 metr yüksəkdədir”-deyə jurnalist David Qalustyan yazır.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi