Sabiq kənd təsərrüfatı naziri Heydər Əsədov Azərbaycan Dövlət Dəniz Akademiyasına rektor təyin olunub.
Bununla bağlı Modern.az-a danışan H.Əsədov bütün fəaliyyəti boyu olduğu kimi, dövlətə, dövlətçilik ənənələrinə xidmət edəcəyini açıqlayıb:
“Göstərilən etimadı doğrultmaq üçün çalışacağam”.
Qeyd edək ki, Heydər Əsədov 2007-2013-cü illərdə Hesablama Palatasının sədri vəzifəsində çalışıb.
22 oktyabr 2013-cü ildən 2018-ci ilədək kənd təsərrüfatı naziri olub.