Modern.az

Prezident təqaüdü alan yaradıcı şəxslərin siyahısı niyə sirr saxlanılır? - Nazirlikdən AÇIQLAMA  

Prezident təqaüdü alan yaradıcı şəxslərin siyahısı niyə sirr saxlanılır? - Nazirlikdən AÇIQLAMA   

Mədəni̇yyət

3 Aprel 2019, 15:21

Azərbaycanda yarıdıcı təşkilatların xeyli üzvü Prezident təqaqüdü alır. Onların arasında yaşlı nəsildən olanlar da var, gənclər də. Amma nə sirdirsə, Prezident təqaüdü alan yazıçı, şair, rəssam və bəstəkarların siyahısı açıqlanmır. Son illər mətbuat belə bir siyahı dərc edə bilməyib.


“Prezident təqaüdü alacaq üzvlərin siyahısını Mədəniyyət Nazirliyinə yaradıcı ittifaqlar təqdim edir”.

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq, Nazirliyin mətbuat xidmətindən bildirilib. Mətbuat katibi İntiqam Hümbətovun sözlərinə görə, nazirlik təqaüd alanların sadəcə maliyyələşməsini təmin edir:


“Burada hər üç yaradıcı ittifaq – Yazıçılar Birliyi, Bəstəkarlar İttifaqı və Rəssamlar İttifaqının təqdim etdiyi siyahıya baxılır. Qurumların təqdim etdiyi siyahı təsdiqlənir. Yazıçılar İttifaqından 70 nəfər yaşlı, 50 nəfər gənc yazıçıya, Rəssamlar İttifaqından 50 yaşlı, 20 gənc rəssama, Bəstəkarlar İttifaqından isə 30 yaşlı, 10 gənc bəstəkara 1 illik təqaüd müəyyən olunub.
Yaşlı nəsil mədəniyyət nümayəndələrinə  aylıq 300 manat, gənclərə isə 200 manat Prezident təqaüdü verilir. Növbəti illərdə siyahı yenilənir və nazirliyə təqdim edilir. Qeyd etdiyim kimi, nazirlik siyahını sadəcə təsdiq edir və maliyyə ayırır. Həmin yaradıcı ittifaqlar özləri məlumat versələr, siyahı ilə əlaqədar sualları cavablandırsalar, daha yaxşı olar”.

Təəssüf ki, Yazıçılar Birliyi, Bəstəkarlar İttifaqı və Rəssamlar İttifaqı Prezident təqaüdü alan şəxslərin siyahısını əldə etmək mümkün olmadı…

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı