Modern.az

Azərbaycanda Rusiya kapitalı olan 334 şirkət qeydiyyatdan keçib

Azərbaycanda Rusiya kapitalı olan 334 şirkət qeydiyyatdan keçib

16 Dekabr 2009, 18:44

Modern.az xəbər verir ki, dekabrın 16-da Bakıda səfərdə olan Həştərxan vilayətinin vitse-qubernatoru, Həştərxan vilayəti Hökumətinin sədri Konstantin Markelovun başçılıq etdiyi nümayəndə heyəti ilə İqtisadi İnkişaf Nazirliyində görüş keçirilib.

Bildirilib ki, dünyadakı qlobal maliyyə böhranına baxmayaraq, bu ilin 10 ayı ərzində Azərbaycanda ÜDM 8,3%, neft-qaz sənayesi 13,6%, kənd təsərrüfatı 3,6%, əhaliyə göstərilən pullu xidmətlər 12,6%, əhalinin adambaşına düşən gəlirləri 6,4% artıb, ölkənin valyuta ehtiyatları isə 19,1 mlrd. ABŞ dolları təşkil edib. Qeyd edilib ki, 2008-ci ildə Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 26% artaraq 1,9 mlrd. ABŞ dollarını ötüb. Ölkəmizdə Rusiya kapitallı olan 334 şirkət qeydiyyatdan keçib, iki ölkə arasında iqtisadi sahədə 100-ə yaxın sənəd imzalanıb. 

Həştərxan vilayətinin vitse-qubernatoru Konstantin Markelov Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edib, Həştərxanda 20-dən çox azərbaycanlı iş adamının fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Konstantin Markelov Həştərxanda kənd təsərrüfatı, turizm, gəmiqayırma, nəqliyyat, balıqçılıq, səhiyyə və digər sahələrin inkişaf etdiyini bildirmiş, azərbaycanlı sahibkarları bu sahələrdə fəal əməkdaşlığa dəvət edib.

Həştərxan vilayəti nümayəndə heyətinin başçısı həmçinin, Həştərxanda 18 minə yaxın azərbaycanlının yaşadığını qeyd edib, Həştərxanda Azərbaycanın diplomatik nümayəndəliyinin açılmasının əlaqələrimizin daha da genişlənməsində əhəmiyyətli olacağını vurğulayıb.

Görüşdən sonra Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunda Azərbaycanın və Həştərxan vilayətinin investisiya imkanlarının təqdimatı keçirilib.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir