Modern.az

Elmar Məmmədyarovdan erməni jurnalistlərə tərs sual - VİDEO  

Elmar Məmmədyarovdan erməni jurnalistlərə tərs sual - VİDEO   

Qarabağ

5 Aprel 2019, 10:28

Dünən Brüsseldən Moskvaya uçan təyyarədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Ermənistan vətəndaşları olan jurnalistlərlə söhbəti olub.  

Modern.az-ın məlumatına görə, söhbət zamanı Qarabağ mövzusuna da toxunulub. Erməni jurnalist Dağlıq Qarabağın Ermənistan ərazisi olduğunu iddia edib. Nazir ona etiraz edib.

“Bəs, niyə oranın adı Qarabağdır? Bu Azərbaycan sözüdür”,- deyə nazir cavab verib və bu sözün rus dilində “Черный сад” olduğunu qeyd edib.

E.Məmmədyarov bildirib ki, Azərbaycan ərazisi hələ də Ermənistan hərbçilərinin işğalı altındadır.

“Ermənistan vətəndaşı niyə hərbi xidməti Azərbaycan ərazisində keçir?”, - nazir erməni jurnalistlərə sual verib.

Rusiyadan olan stüardessa söhbətin davamına imkan verməyib.

Brüsseldə Azərbaycan-Avropa İttifaqı Əməkdaşlıq Şurasının iclasından qayıdan Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 5-i Moskvada MDB Xarici İşlər Nazirləri Şurasının toplantısında iştirak edəcək.

Modern.az Elmar Məmmədyarovun Ermənistan jurnalistləri ilə söhbətinin videosunu təqdim edir.

 

Nəzrin ABDUL

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır