Modern.az

Azərbaycanın ixrac missiyası Riqaya gedir

Azərbaycanın ixrac missiyası Riqaya gedir

5 Aprel 2019, 20:23

İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə növbəti ixrac missiyası aprelin 7-də Latviyanın Riqa şəhərinə yola düşəcək.

Nazirlikdən Modern.az-a verilən məlumata görə, “Made in Azerbaijan” brendinin təşviqi, yerli məhsulların ixracının artırılması məqsədi ilə təşkil olunan ixrac missiyasına qida, şərab və digər spirtli içkilər, turizm və tekstil sahəsində fəaliyyət göstərən 23 Azərbaycan şirkəti daxildir.

 

Missiya çərçivəsində Latviya və Azərbaycan şirkətlərinin iştirakı ilə işgüzar görüşlər keçiriləcək, Azərbaycan şərablarının dequstasiya mərasimi təşkil olunacaq.

 

İxrac missiyası 7-10 aprel tarixilərini əhatə edəcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər