Modern.az

Bu meydan, bu da ekran

Bu meydan, bu da ekran

5 Aprel 2019, 22:37

Cəlaləddin Qasımov,
“SSP Production” şirkətinin
rəhbəri,
“Şollerin arxivi” filminin
quruluşçu rejissoru və baş prodüseri 


“Şollerin arxivi” bədii filminin beynalxaq festivallarda qazandığı uğurlara şübhə ilə ya­na­şanlara bildirmək istəyirəm ki, bu siyahıda qeyd edilən hər bir festivalın adı və tarixini yoxlaya bilər. Bu meydan, bu da ekran. Mənə təsir edən odur ki, Av­ro­pa, Amerika festivallarında seçilmiş filmlərin siyahısına baxanda, erməni filmləri ilə tez-tes rastlaşıram. Həm də Qarabağ mövzusunda çəkilmiş filmləri görürəm, am­ma Azərbaycan filmi iilə ndi də rastlaşmıram. Mən mübarizəmi o festivallarda apa­rı­ram.

“Şollerin arxivi” bədii filmi dünyada böyük marağa səbəb olub.  Belə ki, son 8 ay ər­­zində 25 bey­nəlxalq festivalda uğur əldə edərək, Azərbaycan kino ta­ri­xi­nin ən çox mükafat qazanan ekran əsəri kimi rekord müəyyənləşdirib. Dünyanın beş qitəsini gəzib 45-ə yaxın ölkədə keçirilən festivalda iştirak edərək, neçə-ne­çə beynəlxalq mükafatın sahibi olub. Qeyd edim ki, filmin çəkilişlərini heç bir mad­di dəstək olmadan öz hesabımıza etmişik.

İstelsal etdiyimiz filmlər kommersiya məqsədi ilə çəkilməyib. Onları ölkəmizi xaricdə ke­çi­ri­lən beynəlxalq festivallarda tanıtmaq, göstərmək üçün çəkmişik və buna da nail olmuşuq.

“Şollerin arxivi” bədii filmi Avropa mədəniyyətindən, azərbaycanlıların sə­da­qə­tin­dən, Azərbaycan-Almaniya dostluğundan, ölkəmizin multikultural dəyər­lərindən bəhs edir.

“Şollerin arxivi” filminə görə, bir çox festivallar bizə dəvətlər göndərib, ön sırada VİP yer veriblər, qırmızı xalça üzərindən keçənlərin siyahısına əlavə ediblər, lakin maddi çatışmazlıq üzündən gedə bilməmişik. Keçən ay İtaliya, Hollandiya və Meksika festivallarından dəvət almışdıq, özümüz gedə bilməsək də, film ən yüksək mükafata layiq görülüb.

Beynəlxalq festivallarda birinci üstünlük iştirak edənlərə verilir, amma biz heç birində iştirak edə bilməmişik.

Film festivalda ikinci seçilibsə, festivalın siyahısına düşübsə, elə yerlərə böyük format göndərilməlidir, amma heç bir festivala göndərə bilməmişik, buna baxmayaraq, bir çoxunda qalib olmuşuq.

Bir çox dövlət orqanlarına müraciət etsək də, heç bir kömək edən olmayıb.

Prezident İlham Əliyev cənablarının “Azərbaycan kinematoqrafiyasının konsepsiyası” layihəsi, kinomuzun inkişafı ilə bağlı sərəncamı özəl prodakşınlara böyük dəstəkdir. Ölkəmizi, mədəniyyətimizi beynəlxalq festivallarda təmsil edəcəyik. Lakin konkret maddi dəstəyə ehtiyac olduğunu da gizlətmirik.

“Şollerin arxivi” filminin beynəlxalq festivallarda nümayişindən sonra bizimlə canli yayımda internet vastəsilə görüş keçiriblər. Hollivudda film birinci yerə çıxanda jüri məni təbrik etdi və bu sözləri dedi: “Ölkənizdə akademik kino institutu olmasa da, sizin filmin mövzusu bizi öz təsirinə saldı, bizim ruhumuzu fəth etdi”.

Elektron ünvünlarıma təbrik və videogörüntü göndərdilər. Eyni zamanda, Hollivud mətbuatında geniş yazılar yerləşdirdilər.

“Şollerin arxivi” bədii filmi barədə Niderlandın “31mag” jurnalının saytında iki mə­qalə yerləşdirilib. Məqalədə qeyd edilib ki, film Niderlandın “European Ci­ne­ma­tography Awards” festivalında “Ən yaxşı dram” kateqoriyası üzrə uğur qazanıb. Ey­ni zamanda, filmimiz Hollivudda yerləşən “Global Nonviolent Film Festival”da ən yük­sək mükafat alan ekran əsəri kimi “Daria! Magazine” jurnalında göstərilib, film ba­rəsində ətraflı məlumat verilib. 


“Şollerin arxivi” filmi dünya film bazarında Vimeo, Amazon ABŞ, Amazon İngiltərə, UDU Digital, Hollivud produserləri ilə əlaqə məkanı olan iPitch.tv platformalarında yerləşdirilib. Qeyd edim ki, filmin çəkilişlərini heç bir maddi dəstək olmadan öz hesabımıza etmişik. 

“Şollerin arxivi” bədii filmi barədə Niderlandın “31mag” jurnalının saytında iki məqalə yerləşdirilib. Məqalədə qeyd edilib ki, ölkə başçısı İlham Əliyevin müvafiq sərəncamından fərəhlənərək film çəkilib. Film Niderlandın “European Cinematography Awards” festivalında “Ən yaxşı dram” kateqoriyası üzrə uğur qazanıb. Artıq bir aydan artıqdır ki, saytın ön səhifəsində yerləşdirilib.  

Süjet xətti ötən əsrin 40-cı illərində Azərbaycanda yaşamış alman mənşəli Şollerlər ailəsinin hə­ya­tı üzərində qurulmuş filmin çəkilişləri Gəncə, Göygöl, Tovuz və Bakıda aparılıb. Filmdə al­man ailəsinin timsalında insan dramı göstərilib, eyni zamanda, xalqımızın multikultural də­yər­lərə sadiq qalması nəzərdən qaçmayıb. Filmdə baş verən hadisələr real həyatdan götürülüb. Ekran əsərinin xronometrajı 88 dəqiqədir.

2018-ci ilin 7 ayı ərzində istehsal etdiyimiz ikinci “Edam günü” tammetrajlı bədii filmimiz 8 ayda 15 beynəlxalq festivalda uğur qazanıb.

“Edam günü” tammetrajlı psixoloji trillerində hadisələr Sovet dövrünün son illərində həbsxanada cərəyan edir. 


Mən həbsxana mövzusuna iki əks qütb­də ziddiyyətli kontekstdən baxaraq, orijinal yanaşma təqdim etmişəm. Bu fil­min çəkilməsinin əsas məqsədi bütün gənclərin içərisindəki istedadı üzə çıxarmaq, on­ların qabiliyyətini geniş kütləyə göstərməkdir. Ekran əsərində məhkum olunmuş bir dustağın kamerada yaşadığı həyəcanlı anlar əks olunub. Filmin ssenarisini ya­zar­kən Bayıl həbsxanasında keçmiş sovet dövründə işləmiş işçilərlə görüşüb ma­raq­lı məlumatlar toplamışam. 


“SSP Production” şirkətinin növbəti filmi Ha­cı Zeynalabdin Tağıyev barəsindədir. Artıq bu sənədli filmin çəkilişlərinə başla­mı­şıq. Filmin çəkilişlərinə Bakı Dövlət Universitetinin Tarix fakültəsində oxuduğum illərdən topladığım arxiv sənədləri, müəllimlərimdən aldığım məlumatlar, faktlar əsasında başlamışam.

Çəklişləri 2019-cu ildə başa çatan iki sənədli filmimiz - “Stalinin qaranlıq keçmişi” bu il martın 14-də iştirakçı kimi, 72-ci Kann festivalına 19CM4576 qeydiyyat kodu ilə qeydə alınıb. İsveçrə və dünyanın ən nüfuzlu beynəlxalq festivalları filmi snopsisinə baxandan sonra qəbul ediblər

“Nobel qardaşlarının ilk uğuru” filmi ilkin baxış üçün Kannda 19CM4575 qeydiyyat kodu ilə qeydiyyatdan keçib. Filmin istehsalı 17 mart 2019-cu ildə başa çatıb

Bu filmləri 40-dan çox beynəlxalq kinofestivala təqdim edəcəyəm.

Beynəlxalq festivalların siyahısında qalib olduğumuz bir neçə festivallarda var ki, siyahıya qeyd etməmişik.

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi