Modern.az

Elmar Məmmədyarovdan daha bir erməni jurnalistə diplomatiya DƏRSİ  

Elmar Məmmədyarovdan daha bir erməni jurnalistə diplomatiya DƏRSİ   

Qarabağ

6 Aprel 2019, 15:53

Aprelin 4-də Brüsseldən Moskvaya uçan təyyarədə ayaqüstü söhbət zamanı erməni jurnalistlərin suallarına tutarlı cavablar verən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun diplomatik davranışı xeyli müzakirələrə səbəb oldu.
Elmar Məmmədyarov peşəkar diplomatlara xas cavabla erməni jurnalisti özündən çıxarır, daha sonra ona əsəbləşməməyi məsləhət görərək, emosionallığın jurnalist üçün çox pis hal olduğu söyləyir.

Bu, Elmar Məmmədyarovun ermənistanlı jurnalistləri susdurduğu ilk belə hal deyil. Daha əvvəllər də Azərbaycanın xarici işlər naziri işğalçı ölkədən olan KİV nümayəndələrinin “tikanlı suallar”ını özünəməxsus tərzdə cavablandırıb.

Elmar Məmmədyarovla erməni jurnalist arasında baş vermiş daha bir əhvalat Almaniyada – Berlin şəhərində yaşanıb.
Modern.az-ın məlumatına görə, həmin əhvalatın şahidi olmuş “Azadlıq” radiosunun Azərbaycan bürosunun əməkdaşı Maarif Çingizoğlu hadisəni belə təsvir edib:

“Deməli, Berlində keçirilən konfransda Qarabağdan olan bir erməni və iki başqa jurnalist Elmar Məmmədyarova yaxınlaşıb sual verirdilər. Erməni jurnalistin sualı belə oldu: "Siz nazir kimi mənə necə qarantiya verə bilərsiz ki, mən Azərbaycanın tərkibində yaşamağa inanım?".
Elmar Məmmədyarovun cavabı çox maraqlı oldu. Belə ki, azərbaycanlı nazir üzünü digər iki jurnalistə tutub dedi ki, “mən sizdən üzr istəyirəm, birinci öz vətəndaşımızın sualına cavab verəcəm”... Məncə bu, pis cavab deyildi...”.

 

A.Qorxmaz

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür