Modern.az

Bir az da Kəlbəcərsizləşdik - Professor Sabir Quliyevi itirdik

Bir az da Kəlbəcərsizləşdik - Professor Sabir Quliyevi itirdik

8 Aprel 2019, 09:22

Ötən gün 26 ildir məcburi köçkün həyatı yaşayan Kəlbəcər elinə daha bir ağır itki üz verdi.

Böyük alım, böyük insan Sabir Alı oğlu Quliyev Kəlbəcərsizliyə dözə bilməyib həyatla vidalaşdı.

Adam kimi böyük adam, alim kimi böyük alim, Vətəndaş kimi böyük Vətəndaş idi  idi Sabir Quliyev.

 

O, Azərbaycan Memarlıq və İnşaat Universitetinin «Nəzəri mexanika» kafedrasının professoru, texnika elmləri doktoru idi. Bu, onun  elmi titulu idi.

O, Amerikada çap olunan kitabında “Kəlbəcər” sözünün çıxarılmsına etiraz olaraq elə böyük qalmaqal salmışdı ki... Və sonda dediyini etmişdi.

Və... Universitetdə çalışdığı gündən ömrünün sonunadək nıinki bir tələbədən bir qəpik almışdı, maaşından tələbələrinə kömək etmişdi.


Onu itirməklə kəlbəcərlilər bir az da Kəlbəcərsizləşdi...


Sabir Quliyev İctimai Televiziyada çalışan həmkarımız Nigar Quliyevanın atasıdır.

 

Quliyev Sabir Əli oğlu 1940-cı ildə Kəlbəcər rayonunun Otaqlı kəndində anadan olub (bu rayonun bütün ərazisi 1993-cü ildən bu günə kimi Ermənistanın işğalı altındadır). O, 1957-ci ildə Kəlbəcər rayonunun orta məktəbini medalla bitirib, Azərbaycan Politexnik İnstitutuna (indiki Texniki Universitet) qəbul olunub və 1962-ci ildə də oranı qurtarıb (mühəndis mexanik-maşınqayırma texnologiyası ixtisası üzrə).

 

1963-cü ildən dünənə kimi ali məktəbdə (1975-ci ilə kimi Azərbaycan Politexnik İnstitutunda, 1975-ci ildən isə Azərbaycan Memarlıq və İnşaat Universitetində) müəllim işləyib.

 

1966-cı ildə Azərbaycan Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun aspiranturasına (Elastiklik və plastiklik nəzəriyyəsi ixtisası üzrə) qəbul olunub, 1971-ci ildə Moskva şəhərində namizədlik dissertasiyasını müdafiə edib, texnika elmləri namizədi alimlik dərəcəsini alıb (deformasiyaya uğrayan bərk jisimlər mexanikası ixtisası üzrə).

 

1975-ci ildən başlayaraq, Sabir Quliyev öz elmi axtarışlarını, SSRİ (indiki Rusiya Federasiyasının) Elmlər Akademiyasının «Mexanikanın Problemləri» İnstitutunda dünya şöhrətli alim, prof. D.İ.Şermanın rəhbərliyi altında davam etdirib.

 

1988-ci ildə Moskvada «Mürəkkəb həndəsəyə malik ikirabitəli cisimlərin gərginlik vəziyyətinin müəyyən edilməsi» adlı doktorluq dissertasiyasını müdafiə edib, texnika elmləri doktoru alimlik dərəcəsini almışdı.

 

Deformasiyaya uğrayan bərk cisimlər mexanikası sahəsində 40 ilə yaxın elmi axtarışlar nəticəsində professor Sabir Quliyev 100-dən çox elmi məqalə və 13 kitab çap etdirib.

 

Elmi işlərin əksəriyyəti Rusiyanın Elmlər Akademiyasının akademik nəşrlərində («Mexanika Tverdoqo Tela» - MTT, «Prikladnaə Matematika i Mexanika» - PMM jurnallarında), Ukrayna EA nəşrlərində («Prikladnaə Mexanika» - PM), Azərbaycan Respublikasının EA nəşrlərində (Elmlər Akademiyasının Məruzələri, Elmlər Akademiyasının Xəbərləri), həmçinin ABŞ, İngiltərə, Kanada, Almaniya, Yaponiya və i.a. ölkələrin ən mötəbər elmi jurnallarında dərc olunub.

 

1991-ci ildə Moskvada prof. S.Quliyevin «Elastiklik nəzəriyyəsinin iki ölçülü məsələləri» adlı ilk monoqrafiyası çap olunub (rus dilində).

 

1994-cü ildə onun ali texniki məktəb tələbələri üçün «Nəzəri mexanikanın qısa kursu» adlı dərsliyi dərc olunub (dos. E.B.Ayvazovla birgə).

1995-ci ildə prof. S.Quliyevin yeni bar monoqrafiyası, «Konform inikas» kitabı çap olunub (rus dilində).

1998-ci ildə Azərbaycan Respublikasında Azərbaycan dilində Elastiklik nəzəriyyəsi sahəsində ilk ədəbiyyat olan «Elastiklik nəzəriyyəsi» adlı monoqrafiyası nəşr olunub (elastiklik nəzəriyyəsinin prizmatik tirlərin burulma və əyilmə məsələləri).

 

2001-ci ildə yeni bir kitabı «Elastiklik nəzəriyyəsinin bəzi məsələləri» adlı monoqrafiyası Azərbaycan dilində çapdan çıxıb (müstəvi məsələləri və lövhələrin əyilməsi məsələləri).

 

2002-ci ildə «Anizotrop lövhələrin gərginlik vəziyyəti» adlı kitabı nəşr olunub (Azərbaycan dilində).

 

2003-ci ildə prof. Sabir Quliyevin ali texniki məktəb tələbələri üçün, yenidən işlənmiş və əlavələr edilmiş «Nəzəri mexanika» (qısa kurs) dərsliyi işıq üzü görüb (dos. E.B.Ayvazovla birgə).

 

2004-cü ildə yeni bir monoqrafiyası «Mürəkkəb oblastların konform inikas funksiyaları» dərc olunub (rus və ingilis dillərində).

2005-ci ildə «Fəza və müstəvi fermalarının hesabatı» (dos. A.F.Məmmədovla birgə), 2010-cu ildə “Elastiklik nəzəriyyəsinin fiziki qeyri-xətti məsələləri” kitabı çap olunub (azərbaycan və ingilis dillərində).

 

Bunlarla yanaşı, prof. Sabir Quliyevin Nəzəri mexanikanın bütün bölmələri üzrə (statika, kinematika və dinamika) 5 dərs vəsaiti-kitabları çap olunub.

Bütün çap olunan elmi məqalələrdə və monoqrafiyalarda elastiklik nəzəriyyəsinin ikiölçülü məsələlərinin (istər müstəvi məsələləri, istər prizmatik tirlərin əyilmə və burulma məsələləri, istərsə də çoxbujaqlı lövhələrin əyilmə məsələləri və i.a.) həllərinin yeni üsulları geniş şərh olunur. Təqdim olunan üsullara və metodlara əsasən, indiyə qədər çoxlu müəlliflər tərəfindən edilmiş həllərdəki çatışmamazlıq və qüsurlar aradan götürülür.

 

Bu işlərdə və kitablarda, həmçinin elm aləmində ilk dəfə olaraq məhz prof. Sabir Quliyev tərəfindən tapılan çoxlu sayda konform inikas funksiyalar (mürəkkəb həndəsəyə malik oblastların: çevrə və ondan çıxan bir neçə düzxətli çatları olan konturların, ellips və ondan çıxan çatlara malik konturların, müxtəlif çatlara malik kvadrat və altıbujaqlı konturların və i.a. inikas funksiyaları), həmçinin çoxrabitəli və mürəkkəb həndəsəli oblastlar üçün məşhur Kolosov-Musxelişvili potensiallarının seçilib, istifadə edilməsində konstruktiv təkliflər və tövsiyələr verilib.

 

Konform-inikas funksiyaların, riyazi elastiklik nəzəriyyəsinin məsələlərinin həllində çox böyük rolunu, mərhum akademik N.İ.Musxelişvili xüsusi olaraq qeyd edirdi.

 

Ona görə də mürəkkəb həndəsəyə malik oblastlar üçün elastiklik nəzəriyyəsi məsələlərinə indiyə qədər ya heç baxılmamış, ya da təxmini hesablamalarla həll edilmişdir. Bu nöqteyi-nəzərdən gərginliklərin konsentrasiyası məsələlərinin çoxlu mühüm və əsas aspektləri müfəssəl həll olunmamış qalırdı. Çünki mürəkkəb həndəsəyə malik konturların vahid çevrə ətrafına (və ya daxilinə) inikas funksiyaları məlum deyildi, bu inikas funksiyaların 20-ə (iyirmiyə) qədərini məhz professro S.Quliyev tapmışdır.

 

Sabir Quliyev öz rəhbəri və müəllimi olan prof. D.İ.Şermanın məşhur köməkçi funksiyalar metodunu daha da genişləndirmiş və inkişaf etdirmişdir, belə ki, köməkçi funksiyalar yalnız çevrə üzərində deyil (prof. D.İ.Şermanda olduğu kimi), istənilən konturlar üzərində (ellips, çoxbujaqlı və i.a.) götürülür və nətijədə baxılan elastiklik nəzəriyyəsi məsələsinin həlli yalnız bir analitik funksiyanın tapılmasına gətirilir.

 

Onu da qeyd etmək lazımdır ki, istər ölkəmizdə, istərsə də xarici ölkələrdə elm aləmində ilk dəfə olaraq müxtəlif düzxətli və ya əyrixətli çatlara malik çoxbujaqlı lövhələrin müstəvi məsələlərinin həllərini, həm izotrop, həm də anizotrop prizmatik tirlərin əyilmə və burulma məsələlərinin həllərini, həmçinin çoxbujaqlı çoxrabitəli lövhələr üçün Elastiklik Nəzəriyyəsinin dinamiki məsələlərinin həllərini məhz prof.S.Quliyevvermişdir. Bütün baxılan məsələlərin həlləri ciddi riyazi əməliyyatlara əsasən alınıb.

2018-ci ildə Sabir Quliyevin məqaləsi “Web of Science” bazasının ən yüksək impakt faktorlu (İF 1.128) jurnallarından birində dərc edilib.
“Springer” beynəlxalq nəşriyyatı tərəfindən yüksək impakt faktorlu jurnalda dərc edilən məqalədə elm aləminə yenilik təqdim olunub.
“Çoxbucaqlı lövhənin məxsusi rəqs tezliyinin tapılmasının bir üsulu” adlı məqalədə baxılan məsələ sahəsində indiyə kimi mövcud olan həllər məşhur dünya alimləri Ritss, Qalyorkin, Reley, Leybenzon, Timoşenko və onların davamçılarının adları ilə bağlıdır. Professor S.Quliyev təklif etdiyi həll nəticəsində çoxbucaqlı - çoxrabitəli lövhələrin rəqs tezliyi asanlıqla tapılır. Belə ki, indiyə qədər əsrlər boyu mövcud olan həllərdəki Bassel tənliklərinin həllinə, maksimum kinetik və potensial enerjilərin tapılmasına ehtiyac qalmır. Bu cür yanaşma elm aləmində ilk dəfə təklif olunur.


Ötən il Sabir Quliyevin Almaniyada da monoqrafiyası ingilis dilində nəşr olunub. “Lambert” akademik nəşriyyatında çap olunan kitab “Mürəkkəb həndəsəyə malik konturların konform inikas funksiyaları” adlanır.

Kitabda kompleks ədədlər, kompleks dəyişən funksiyalar və konform inikas funksiyalar haqqında əsas məlumatlar şərh olunur. Monoqrafiyaya, həmçinin elm aləmində ilk dəfə professor Sabir Quliyev tərəfindən tapılan bir çox konform inikas funksiyalar da daxil edilib. Kitabın son bölməsində, konform inikas funksiyaları üzərində aparılan bir çox riyazi əməllər verilib.

Professor Sabir Quliyev 2017-ci ildə "Tərəqqi" medalı ilə təltif edilib.

Mərhumla vida mərasimi bu gün saat 13.00-da Təzəpir məscidində, 3-7 mərasimi isə Heydər məscidində keçiriləcək.


Allah rəhmət eləsin...

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir