Modern.az

Bu gün erməni və türk jurnalistləri İrəvanda görüşür

Bu gün erməni və türk  jurnalistləri İrəvanda görüşür

17 Dekabr 2009, 09:49

İrəvanda Türkiyə və Ermənistan jurnalistlərinin iştirakı ilə görüş keçirilir.   Modern.az-ın “Novosti Armeniya” agentliyinə  istinadən yaydığı məlumata əsasən, görüş “Avrasia-əməkdaşlıq” Fondu tərəfindən təşkil olunub.  Bu gün başlayan və 3 gün davam edəcək görüşdə Türkiyənin aparıcı KİV-ləri - CNN Turk, “Milliyet”, “Sabah”, “Hurriet”, “NTV”, “Cumhuriyet”, “Aksam” qəzetlərinin nümayəndələri iştirak edir.  Tədbiri keçirməkdə məqsəd əlaqələrin qurulması və iki ölkənin münasibətlərinin KİV-də daha şəffaf və qərəzsiz işıqlandırılması yolu ilə qarşılıqlı etimadın yüksəldilməsinə nail olmaqdır.

 

Xatırladaq ki, bu cür görüş oktyabrın 13-14-də Bursada keçirilib. Bu görüşdə Ermənistan - Türkiyə münasibətlərinin indiki vəziyyəti, normallaşma prosesi müzakirə olunub. Toplantıda  KİV-in proseslərə müsbət təsir imkanları araşdırılıb.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi