Modern.az

ARDNŞ Gürcüstanın qazlaşdırılmasını davam etdirir

ARDNŞ Gürcüstanın qazlaşdırılmasını davam etdirir

17 Dekabr 2009, 09:55

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) Gürcüstanın qazlaşdırılması istiqamətində fəaliyyətini davam etdirir. Modern.az-ın məlumatına görə, şirkət Xasuri rayon mərkəzinə də təbii qaz xətti çəkib. Bu münasibətlə keçirilən tədbiri açan Gürcüstanın energetika naziri Aleksandr Xetaquri ARDNŞ-in üzərinə düşən vəzifəni layiqincə yerinə yetirdiyini vurğulamış, Gürcüstana göstərilən köməyə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.  Nazir ölkəsinin qazlaşdırılması istiqamətində ARDNŞ-in uğurlu fəaliyyətinə diqqət çəkərək qeyd edib  ki, Gürcüstan istehlak etdiyi qazın 80 faizini Azərbaycandan alır.

ARDNŞ-in bu ölkədəki nümayəndəliyinin rəhbəri Mahir Məmmədov şirkətin indiyədək Gürcüstanın bir sıra bölgələrinə təbii qaz çəkdiyini və gələn il də həmin istiqamətdə işlərin davam etdiriləcəyini deyib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi