Modern.az

BMT Azərbaycan əhalisinin 11 milyona çatacağı vaxtı açıqladı - Ekspert RAZILAŞMADI

BMT Azərbaycan əhalisinin 11 milyona çatacağı vaxtı açıqladı - Ekspert RAZILAŞMADI

Ölkə

9 Aprel 2019, 08:41

2050-ci ilədək Azərbaycan əhalisinin sayı 11 milyonadək artacaq. Bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT)  İqtisadi və Sosial Məsələlər Departamentinin (DESA) hesabatında bildirilib.  2010-2015-ci illər ərzində ölkə əhalisinin sayının 9 milyona, 2019-cu ildə isə 10 milyona çatdığını nəzərə alsaq, qarşıdakı 31 il ərzində cəmi 1 milyon artımın olacağı barədə proqnoz  aşağı göstəricidir.  Artım prosesinin zəif olmasında əsas səbəblər nədir?

 

Sosioloq Əhməd Qəşəmoğlu Modern.az-a açıqlamasında BMT-nin proqnozu ilə razılaşmayıb və Azərbaycan əhalisinin 2050-ci ildə 11 milyondan çox olacağını düşünür. 

“Əhalinin inkişafı ilə bağlı problemlərə BMT çox ciddi nəzarət edir. Beynəlxalq təşkilatların əksəriyyəti əhali artımından narahatdır. Səbəb olaraq isə təbii resusların azlığı göstərilir. BMT əhali sayının artımı ilə bağlı konkret proqnozlara əsasən açıqlamalar verir. Lakin bu proqnozların dəqiq olduğu bilinmir. İnandırıcı deyil ki, 30 illik bir vaxtda ölkəmizdə cəmi 1milyon artım olacaq. BMT hesablamalarında ola bilsin ki, gizli olaraq nəzərdə tutduqları amillər var. Buna görə çalışmalıyıq ki, əhali artımı normal qaydada olsun. Dövlət humanitar siyasəti elə həyata keçirilməlidir ki, əhalinin artımı normal qaydada getsin. Ümumi statistikaya nəzər salsaq görərik ki, dünyada əhali artımı əvvəlki illərə nisbətdə aşağıdır. Lakin istənilən halda ölkəmiz üçün  2050-ci ilədək 1 milyon artım göstəricisi çox aşağıdır. Düşünürəm ki, Azərbaycan əhalisinin sayı həmin ilədək 11 milyondan daha çox olacaq”.

Əzizə Zeynal

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir