Modern.az

Amerika İranın raket sınağını pislədi

Amerika İranın raket sınağını pislədi

17 Dekabr 2009, 10:03

Amerika İranın keçirdiyi raket sinağını pisləyib. Modern.az-ın BBC-yə istinadən yaydığı məlumata əsasən ABŞ  Milli Təhlükəsizlik Şurasının bəyanatında deyilir ki, bu sınaq İranın sülhməramlı niyyətləri haqda bəyanatlarını heçə endirə bilər.

Bəyanatda qeyd edilir ki, İrana inam və etimad qurmaq imkanı təklif edilib.  Lakin raket sınaqları beynəlxalq birliyin İrandan hesabat istəmək əzmini ancaq daha gücləndirib.

Qərbdə anlayırlar ki, raketlər nüvə başlıqlarını da daşıya bilər. Həm İranın qonşularını, həm də Avropa və ABŞ-ı narahat edən məhz Tehranın nüvə proqramını davam etməsidir.

Son raket sınağı Qərbi İranın strateji niyyətlərinə daha da şübhəli yanaşmağa vadar edəcək.

Ağ Ev deyib ki, İranda İsrail və Yaxın Şərqin qalan hissəsinə çatmağa qadir olan raketin sınağı Tehranın sülhməramlı bəyanatlarını alt-üst edir.

 

İran bildirib ki, sınqdan keçən “Secil-2” raketi ona qarşı mümkün hücumdan güclü çəkindirici vasitə olacaq.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir