Arxiv
10 Aprel 2019, 14:55 | HADİSƏ
“Köçkün yataqxanalarındakı silsilə yanğınlar ciddi siqnaldan xəbər verir”- Hüquqşünas RƏYİ

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev ekspertiza nəticələrinə əsaslanaraq, martın 6-da Bakı şəhəri, Nərimanov rayonu, Malik Məmmədov 12 ünvanında yerləşən yataqxanada 2 nəfərin ölümü ilə nəticələnmiş yanğının qəsdən törədildiyini açıqlayıb.

Hüquqşünas, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindəki İctimai şuarının üzvü Əliməmməd Nuriyev Modern.az-a bildirib ki, son vaxtlar məcburi köçkünlərin məskunlaşdığı yataqxanalarda yanğınların tez-tez baş verməsi çübhələnməyə deməyə əsas verir:


“Komitə sədrinin açıqlamasına çox ciddi yanaşmaq lazımdır. Məcburi köçkünlərin məskunlaşdığı yerlərdə tez-tez yanğının baş verməsi araşdırılmalıdır. Bunlar təşviş doğuran hallardır. Rövşən Rzayevin açıqlaması da göstərir ki, martın 6-da baş verən yanğın qəsdən törədilib. Komitə sədri bunu özündən demir, araşdırma nəticələrinə əsaslanaraq deyir. İstənilən halda baş verən yanğınlarla bağlı ciddi təhqiqatlar aparılır. Ölümlə nəticələnən yanğındırsa, mütləq şəkildə cinayət işi açılmalıdır”.

 

Hüquqşünas məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması məsələsilə bağlı fikirlərini də bölüşüb:


“Ümumiyyətlə, əvvəllər belə fikirlər vardı ki, “Qaçqınkom” tərəfindən mənzil paylanılarkən müəyyən sövdələşmələrə gedilirdi. Mən bir hüquqşünas, həm də İctimai şuranın üzvü kimi əminliklə deyə bilərəm ki, hazırda məcburi köçkünlərə mənzillərin paylanması prosesi tam şəffafdır. Burada hər hansı sövdələşmədən söhbət belə getmir. Yeni rəhbərlik tam olaraq bu prosesin şəffaf olması ilə bağlı vasitələr  yaradıb. Rövşən müəllim hər gün yüzlərlə insanı qəbul edib şikayətlərini, problemlərini dinləyir. Bir il ərzində artıq 10 minlərlə insan sədrin birbaşa qəblunda olub”.

 


Ə.Nuriyev həmçinin bildirib ki, yanğının qəsdən törədilməsi üçün bir neçə səbəb əsas göstərilir:

“Qəsdən yandırma zamanı məcburi köçkünlərin əsasları da olur. Bir çoxları hesab edir ki, yanğından sonra kompensasiya alacaqlar, diqqət mərkəzində olacaqlar, daha yaxşı şəraitli yerə köçürüləcəklər. Yaxud ola bilər kimlərinsə həmin yerə gözü düşüb, qəsdən yanğın törədir ki, məcburi köçkünləri oradan köçürsünlər və s.

Hər bir halda məsələ diqqətlə araşdırılmalıdır. Məcburi köçkünlərimiz yaxşı bilirlər ki, birbaşa Prezident və birinci vitse-prezidnetin qayğısı altındadırlar.

Ümumiyyətlə, yanğının qəsdən törədilməsinin sübuta yetirilməsi zamanı əmlaka zərər vurmağa görə şəxs, azadlıqdan məhrumetmə cəzası ilə cəzalandırıla bilər. Hesab edirəm ki, motivlər araşdırıldıqdan sonra daha çox yeniliklərin şahidi olacağıq. İnsan tələfatına səbəb olacaq yanğının törədilməsinin məsuliyyəti çox ciddidir. Yanağınların sistemli xarakter alması və məcburi köçkünlərin yaşadığı yerləri əhatə etməsi ciddi siqnaldan xəbər verir”.

 

Bu il martın 6-da Bakının Nərimanov rayonunda məcburi köçkünlərin məskunlaşdığı yataqxanada 2 nəfərin ölümü, 6 nəfər tüstüdən zəhərlənməsi ilə nəticələnən yanğınla bağlı Cinayət Məcəlləsinin 225.2-ci (yanğın təhlükəsizliyi qaydalarını poza, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
TANAP yayda hazır olacaq 18 Aprel 2019, 22:19 Oqtay Əsədov Valentina Matviyenkonu medalla təltif etdi 18 Aprel 2019, 21:54 Paytaxt sakini özünü yaşadığı binadan atdı 18 Aprel 2019, 21:34 “Qarabağ” qələbə qazanaraq liderliyini möhkəmləndirdi 18 Aprel 2019, 21:17 Azərbaycanla İran arasında iqtisadi əməkdaşlıq müzakirə edildi 18 Aprel 2019, 21:01 Alimlər xərçəngə qarşı dərman kəşf etdi 18 Aprel 2019, 20:46 Bakıda yol qəzası tıxaca səbəb oldu 18 Aprel 2019, 20:27 Miqrasiya Xidmətinin rəisi yenidən CANLI YAYIMDA 18 Aprel 2019, 20:13 Bakıda yeniyetməyə qarşı quldurluq 18 Aprel 2019, 20:02 Fuad Qəhrəmanlının qızına küçədə hücum edən şəxsə 15 sutka həbs verilib 18 Aprel 2019, 19:43 Paytaxtın bu rayonlarında qaz olmayacaq 18 Aprel 2019, 19:38 Almaniyadan ekstradisiya olunan şəxs Lənkəranda məhkəmə qarşısında 18 Aprel 2019, 19:23 Elektron kənd təsərrüfatı sistemində qeydiyyatdan keçənlərin sayı açıqlandı 18 Aprel 2019, 19:15 Hüseyn Abdullayevin məhkəməsində zərərçəkmişlər ifadə veriblər 18 Aprel 2019, 19:06 Balıq tutmağa yollanmış 57 yaşlı Bakı sakini itkin düşdü 18 Aprel 2019, 18:54 Bakcell Azərbaycan Qran Prisinin ilk rəsmi dəstəkçisi oldu 18 Aprel 2019, 18:32 Makron Roma papasını Fransaya dəvət etdi 18 Aprel 2019, 18:28 Nazirlik ağac kəsintisi ilə bağlı faktı yenidən araşdırdı 18 Aprel 2019, 18:15 “İrəli”nin“Aprel Zəfəri”nə həsr etdiyi layihə davam edir   18 Aprel 2019, 18:02 Ronaldu “Yuventus”dan erkən  gedə  bilər 18 Aprel 2019, 18:00