Arxiv
10 Aprel 2019, 16:04 | MEDİA
Mətbuat Şurası Elinanın intihar videosunun yayılmasına ETİRAZ ETDİ  

“Son günlər bəzi internet  media reruslarında və müxtəlif sosial şəbəkə profillərində162 saylı məktəbin 8-ci sinif şagirdi Elina Hacıyevanın intihar etməsi ətrafında çoxsaylı materiallar yayımlanmaqdadır. Əlbəttə, ikincilərin hadisənin həssaslığına diqqət yetirməməsi müəyyən mənada anlaşılandır. Ancaq medianın reytinq naminə məsələ ilə bağlı spekulyasiyası qətiyyən yolverilməzdir. Mətbuat Şurası olaraq biz dəfələrlə mövcud istiqamətdə tövsiyələr vermiş, belə yanaşmanın cəmiyyət üçün qeyri-məqbul tərəflərini diqqətə çatdırmışıq”.


Modern.az-ın məlumatına görə, bu açıqlama ilə Mətbuat Şurası çıxış edib

“Bir daha bəyan edirik ki, intihar hallarına dair materiallar yayımlayarkən hadisənin cəmiyyətdə doğuracağı reaksiyanı düşünmək mütləqliyi jurnalistikanın təməl prinsiplərindən irəli gəlir. Ümumən jurnalistikanın prinsipləri tələb edir ki, faciə və ya cinayət əməli nəticəsində zərər çəkmiş, yaxud belə olaylara cəlb edilmiş uşaqların və yeniyetmələrin kimliyi mütləq qorunmalıdır, onların foto şəkilləri, video-görüntüləri yayılmamalıdır.

 

Təəssüf ki, Elina Hacıyeva ilə bağlı məsələdə bu tələbə əməl edilmədi. Hazırkı durumda bəzi media orqanlarının yanaşması baş vermiş hadisənin ictimai əhəmiyyətlilik dərəcəsini diqqətə çatdırmaq istəyi sayıla bilməz. Nəzərə almaq lazımdır ki, hadisədə bir şəxsin və onun yaxın ətrafının zərər çəkməsi ilə yanaşı, hadisə ilə bağlı təqdimatları izləyən digər cəmiyyət üzvlərinin, xüsusən də Elinanın həmyaşıdlarının mənəvi zərərlə üzləşməsi, sarsıntı keçirməsi kimi həssas məqamlar var.

 

Bəzi media orqanlarında E.Hacıyevanın foto-görüntüləri ilə yanaşı, onun intihar anını əks edildiyi iddia olunan video-görüntülər də yayımlanmaqdadır. Burada əlaqədar qurumlar üzərinə düşən vəzifələrin icrasında məsuliyyətli davranmalıdırlar. Cəmiyyətin informasiya almaq hüququnu məhdudlaşdırmamaq şərtilə gənclərlə və yeniyətmələrlə bağlı faciələrin, intihar hallarının doğura biləcəyi reaksiya onlar tərəfindən də düzgün hesablanmalı, hansı foto, yaxud video-görüntünün yayıla biləcəyinin mümkünlüyü ciddi nəzərə alınmalı, həmin görüntülərin insanlara təsirinin tərəfləri yetərincə dəyərləndirilməli, spekulyasiyalar üçün meydan verilməməlidir. Bu iş peşəkar qurulmalı, hansısa inzibatçılıqla aparılmamalı,  yalnız qanunçuluğa söykənməlidir.

 

Azərbaycan Mətbuat Şurası bir daha internet media resurslarının təmsilçilərinə müraciət edərək onları öz üzərilərinə düşən missiyaya həssas yanaşmağa, qeyd etdiyimiz məsələləri mütləq qaydada nəzərə almağa çağırır”.

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
TANAP yayda hazır olacaq 18 Aprel 2019, 22:19 Oqtay Əsədov Valentina Matviyenkonu medalla təltif etdi 18 Aprel 2019, 21:54 Paytaxt sakini özünü yaşadığı binadan atdı 18 Aprel 2019, 21:34 “Qarabağ” qələbə qazanaraq liderliyini möhkəmləndirdi 18 Aprel 2019, 21:17 Azərbaycanla İran arasında iqtisadi əməkdaşlıq müzakirə edildi 18 Aprel 2019, 21:01 Alimlər xərçəngə qarşı dərman kəşf etdi 18 Aprel 2019, 20:46 Bakıda yol qəzası tıxaca səbəb oldu 18 Aprel 2019, 20:27 Miqrasiya Xidmətinin rəisi yenidən CANLI YAYIMDA 18 Aprel 2019, 20:13 Bakıda yeniyetməyə qarşı quldurluq 18 Aprel 2019, 20:02 Fuad Qəhrəmanlının qızına küçədə hücum edən şəxsə 15 sutka həbs verilib 18 Aprel 2019, 19:43 Paytaxtın bu rayonlarında qaz olmayacaq 18 Aprel 2019, 19:38 Almaniyadan ekstradisiya olunan şəxs Lənkəranda məhkəmə qarşısında 18 Aprel 2019, 19:23 Elektron kənd təsərrüfatı sistemində qeydiyyatdan keçənlərin sayı açıqlandı 18 Aprel 2019, 19:15 Hüseyn Abdullayevin məhkəməsində zərərçəkmişlər ifadə veriblər 18 Aprel 2019, 19:06 Balıq tutmağa yollanmış 57 yaşlı Bakı sakini itkin düşdü 18 Aprel 2019, 18:54 Bakcell Azərbaycan Qran Prisinin ilk rəsmi dəstəkçisi oldu 18 Aprel 2019, 18:32 Makron Roma papasını Fransaya dəvət etdi 18 Aprel 2019, 18:28 Nazirlik ağac kəsintisi ilə bağlı faktı yenidən araşdırdı 18 Aprel 2019, 18:15 “İrəli”nin“Aprel Zəfəri”nə həsr etdiyi layihə davam edir   18 Aprel 2019, 18:02 Ronaldu “Yuventus”dan erkən  gedə  bilər 18 Aprel 2019, 18:00