Arxiv
11 Aprel 2019, 08:46 | ÖLKƏ
REAL və AXCP arasında “satqın” axtarışları - YAP-dan REAKSİYA: “Nə desən gözləmək olar”

Son zamanlar müxalifət qurumları olan Respublikaçı Alternativ Partiyası (REAL) və Milli Şura üzvləri (konkret AXCP-çilər) arasında gərginlik müşahidə olunur.

AXCP REAL-ı hakimiyyətə işləməkdə, satqınlıqda suçlayır. Sosial şəbəkələr və mətbuat üzərindən özünü göstərən kəskin münasibətlər, söz atışması artıq təhqirlərə keçib. REAL üzvləri ilə AXCP-çilər arasında gərginliyin, onların söz davasına çıxmağının, qarşılıqlı təhqirlərə əl atmağının səbəbi nədir?


YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov Modern.az-a bu barədə danışıb.  Onun fikrincə, həm REAL, həm də Milli Şura üzvləri öz şəxsi mənafeləri üçün fəaliyyət göstərirlər:

 

“Əvvəlki açıqlamalarımda İlqar Məmmədovun azadlığa çıxması ilə bağlı canfəşanlıq edənlərə bir ay müddət vermişdim. Çünki bilirdim, onlar üçün İlqar Məmmədov lazım deyil, sadəcə şou düzəltmək lazım idi. Onun adından istifadə edirdilər.

 

İstənilən şəxs, blogerlər, digərləri törətdiyi cinayətə görə məsuliyyətə cəlb olunublar. Sadəcə kim hansısa partiyanın üzvüdürsə, peşəsi nədən ibarətdirsə, bundan sui-istifadə edib, Azərbaycana qarşı təzyiq yaratmağa cəhd edirdilər. Onlar üçün bu şəxslər maraqlı deyil. Azadlığa çıxandan 1 ay-15 gün sonra tamamilə onlar üçün əhəmiyyətsiz insanlardır, bir dəfə onun adından istifadə etdilər, artıq istifadə etməyəcəklər”. 

S. Novruzov xatırladıb ki, vaxtilə Milli Şurada bəzi insanlar vəsait toplayırdılar:

 

“Bir neçə il əvvəl bəzi səfirliklərdən xəbər çıxdı ki, xaricdə sığınacaq almaq üçün saxta möhür vururlar, guya bu adam filan partiyanın üzvüdür. Saxta siyasi ad alıb, ölkədən çıxmağa cəhd edirdilər. Hətta xaricdə yaşayan biznesmenlərlə əlaqə  qururdular ki, özləri üçün maliyyə  dəstəyi alsınlar, xaricdə yaşayıb, biznes şəbəkəsini açsınlar. Bunların hamısının şahidi olmuşuq.

 

REAL yaxud Milli Şura onsuz da eyni şeylərdir. Burada şəxsi maraqlar uğrunda mübarizə gedir. Belə mübarizə 1990-cı ildən bu tərəfə olub və bundan sonra da davam edəcək. O ki, qaldı üzvlər arasında bir –birinə qarşı münasibətlərə, hansı təşkilatın ki, böyüyü-kiçiyi, normativ proqramı, istiqaməti yoxdur, ondan nə gözləmək olar? Onlar xalq üçün, millət üçün neynəyə bilərlər? Yalnız şəxsi maraqlar üçün çalışan insanlardırlar. Bu qurumlar siyasi təşkilat, hər hansı hərəkat deyil. Onlar sadəcə dərnəkdirlər. Dərnək üzvündən də nə desən gözləmək olar”.


REAL Partiyasının icraçı katibi Natiq Cəfərli isə qeyd edib ki, üzvü olduğu partiyanın nə Milli Şura, nə də Azərbaycan Xalq Cəbhəsi Partiyası ilə bölünəcək bir şeyi var:


“REAL tərəfindən səsləndirilən açıqlamalar bizə qarşı hücumlara əks reaksiya idi. Hücumların səbəbi müxtəlif ola bilər. Fikrimcə, əsas səbəb siyasi paxıllıqdan, qısqanclıqdan irəli gəlir. Çünki REAL nümayəndələrinin beynəlxalq görüşlərə, əhəmiyyətli tədbirlərə dəvət alması görünür, Milli Şuradakı dostlarımızın qıcığına səbəb olub.

 

Onların bu kampaniyasının arxasında REAL-ın beynəlxalq, daxili nüfuzuna zərər vurmaq dayanır. Təəssüfləndirici və ürəkağrıdıcı faktdır. REAL rəhbərliyinə daxil olan şəxslərin – mənim və Erkin Qədirlinin Avropa Birliyinə daxil olan şəxslərlə görüşləri, dünən İlqar Məmmədovun Avropa Şurası Parlament Assambleyasındakı yaxşı çıxışı onu göstərir ki, REAL-ın nüfuzu getdikcə artır. Bunu həzm etməyənlər var”. 

AXCP sədrinin müavini Gözəl Bayramlı isə təhqiredici ifadələrin səsləndirilməsinə qədər gedib çıxan hal müşahidə etmədiyini vurğulayıb:

“Mən AXCP funsioneri olaraq deyə bilərəm ki, heç bir AXCP üzvü REAL-ın hər hansı funsionerini tənqid edən yazı yazmayıb. Tənqid, polemikalara normal yanaşıram. Hər kəsin mövqeyi var, fikir ayrılığı ola bilər.

 

Buna da normal yanaşmaq lazımdır. Təhqirə qədər gedib çıxan hadisə yaşanmayıb. Kimsə polemikalarda təhqiredici ifadələrə yol veribsə, buna ancaq təəssüf etmək olar”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
TANAP yayda hazır olacaq 18 Aprel 2019, 22:19 Oqtay Əsədov Valentina Matviyenkonu medalla təltif etdi 18 Aprel 2019, 21:54 Paytaxt sakini özünü yaşadığı binadan atdı 18 Aprel 2019, 21:34 “Qarabağ” qələbə qazanaraq liderliyini möhkəmləndirdi 18 Aprel 2019, 21:17 Azərbaycanla İran arasında iqtisadi əməkdaşlıq müzakirə edildi 18 Aprel 2019, 21:01 Alimlər xərçəngə qarşı dərman kəşf etdi 18 Aprel 2019, 20:46 Bakıda yol qəzası tıxaca səbəb oldu 18 Aprel 2019, 20:27 Miqrasiya Xidmətinin rəisi yenidən CANLI YAYIMDA 18 Aprel 2019, 20:13 Bakıda yeniyetməyə qarşı quldurluq 18 Aprel 2019, 20:02 Fuad Qəhrəmanlının qızına küçədə hücum edən şəxsə 15 sutka həbs verilib 18 Aprel 2019, 19:43 Paytaxtın bu rayonlarında qaz olmayacaq 18 Aprel 2019, 19:38 Almaniyadan ekstradisiya olunan şəxs Lənkəranda məhkəmə qarşısında 18 Aprel 2019, 19:23 Elektron kənd təsərrüfatı sistemində qeydiyyatdan keçənlərin sayı açıqlandı 18 Aprel 2019, 19:15 Hüseyn Abdullayevin məhkəməsində zərərçəkmişlər ifadə veriblər 18 Aprel 2019, 19:06 Balıq tutmağa yollanmış 57 yaşlı Bakı sakini itkin düşdü 18 Aprel 2019, 18:54 Bakcell Azərbaycan Qran Prisinin ilk rəsmi dəstəkçisi oldu 18 Aprel 2019, 18:32 Makron Roma papasını Fransaya dəvət etdi 18 Aprel 2019, 18:28 Nazirlik ağac kəsintisi ilə bağlı faktı yenidən araşdırdı 18 Aprel 2019, 18:15 “İrəli”nin“Aprel Zəfəri”nə həsr etdiyi layihə davam edir   18 Aprel 2019, 18:02 Ronaldu “Yuventus”dan erkən  gedə  bilər 18 Aprel 2019, 18:00