Arxiv
11 Aprel 2019, 11:33 | HADİSƏ
Elinanın intihar hadisəsi Prezidentin və birinci xanımın şəxsi nəzarətindədir

“Məktəbli Elina Hacıyeva ilə bağlı hadisə ölkə Prezidenti və Birinci vitse-prezident Mehriban Əliyevanın nəzarəti altındadır. Onlar məktəblinin ölümünün hərtərəfli araşdırılması üçün tapşırıq veriblər”.

 

Modern.az-ın məlumatına görə, bunu Ailə, Qadın, Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova jurnalistlərə açıqlamasında bildirib.

 

H.Hüseynova qeyd edib ki, ilkin olaraq hadisənin səbəbləri araşdırılır:

“Biz bilməliyik ki, hadisə hansı səbəbdən olub. Təhsil Nazirliyilə birgə intihar hallarının azalması üçün mütəmadi olaraq güclü maarifləndirmə işləri aparırıq. Ümumiyyətlə digər ölkələrlə müqayisədə, Azərbaycanda bu göstəricilər yüksək deyil. Amma istənilən halda bu bizi narahat edən məsələdir. Cənab Prezidentin tapşırığı ilə bütün respublika üzrə monitorinq qrupları yaradılır. Monitorinq qruplarının içərisində hər bir dövlət qurumunun nümayəndəsi var. Hər bir belə hadisə tək məktəblərin, tək müəllimlərin yox, validenylərin də məsuliyyətli olmasını tələb edir. Necə ola bilər ki, səkkizinci sinfə qədər bu uşaqda baş evrən daxili psixoloji dəyişikliklər ailəsi tərəfindən hiss edilməyib, ona hər hansı dəstək göstərilməyib. Mən bu ahdisədə hələ ki, heç kimi günahlandırmaq istəmirəm. İstintaq yekunlaşdıqdan sorna daha geniş məlumatlar veriləcək”.

 

Komitə sədri qeyd edib ki, populist çıxışlara lüzum yoxdur: “Bu cür problemləri olanlara kömək etmək lazımdır”.

 

Qeyd edək ki, aprelin 4-də Bakının Səbail rayonu Etibar Əliyev adına 162 saylı orta məktəbin VIII sinif şagirdi Elina Hacıyevanın intihar edib. Həmin gün Bakı Şəhəri üzrə Təhsil İdarəsində 162 nömrəli tam orta məktəbdə baş verən hadisənin xidməti araşdırılması üçün müvafiq komissiya yaradılıb, aprelin 6-da Bakı şəhəri Səbail rayon Prokurorluğunda AR CM-nin 125-ci maddəsi ilə cinayət işi başlanıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
TANAP yayda hazır olacaq 18 Aprel 2019, 22:19 Oqtay Əsədov Valentina Matviyenkonu medalla təltif etdi 18 Aprel 2019, 21:54 Paytaxt sakini özünü yaşadığı binadan atdı 18 Aprel 2019, 21:34 “Qarabağ” qələbə qazanaraq liderliyini möhkəmləndirdi 18 Aprel 2019, 21:17 Azərbaycanla İran arasında iqtisadi əməkdaşlıq müzakirə edildi 18 Aprel 2019, 21:01 Alimlər xərçəngə qarşı dərman kəşf etdi 18 Aprel 2019, 20:46 Bakıda yol qəzası tıxaca səbəb oldu 18 Aprel 2019, 20:27 Miqrasiya Xidmətinin rəisi yenidən CANLI YAYIMDA 18 Aprel 2019, 20:13 Bakıda yeniyetməyə qarşı quldurluq 18 Aprel 2019, 20:02 Fuad Qəhrəmanlının qızına küçədə hücum edən şəxsə 15 sutka həbs verilib 18 Aprel 2019, 19:43 Paytaxtın bu rayonlarında qaz olmayacaq 18 Aprel 2019, 19:38 Almaniyadan ekstradisiya olunan şəxs Lənkəranda məhkəmə qarşısında 18 Aprel 2019, 19:23 Elektron kənd təsərrüfatı sistemində qeydiyyatdan keçənlərin sayı açıqlandı 18 Aprel 2019, 19:15 Hüseyn Abdullayevin məhkəməsində zərərçəkmişlər ifadə veriblər 18 Aprel 2019, 19:06 Balıq tutmağa yollanmış 57 yaşlı Bakı sakini itkin düşdü 18 Aprel 2019, 18:54 Bakcell Azərbaycan Qran Prisinin ilk rəsmi dəstəkçisi oldu 18 Aprel 2019, 18:32 Makron Roma papasını Fransaya dəvət etdi 18 Aprel 2019, 18:28 Nazirlik ağac kəsintisi ilə bağlı faktı yenidən araşdırdı 18 Aprel 2019, 18:15 “İrəli”nin“Aprel Zəfəri”nə həsr etdiyi layihə davam edir   18 Aprel 2019, 18:02 Ronaldu “Yuventus”dan erkən  gedə  bilər 18 Aprel 2019, 18:00